...

Azərbaycanın daha bir tankeri əsaslı təmirdən sonra istismara qaytarılıb (FOTO)

İqtisadiyyat Materials 9 Oktyabr 2018 13:36 (UTC +04:00)
Azərbaycanın daha bir tankeri əsaslı təmirdən sonra istismara qaytarılıb.
Azərbaycanın daha bir tankeri əsaslı təmirdən sonra istismara qaytarılıb (FOTO)

Bakı. Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nəqliyyat Donanmasına məxsus “Cabbar Həşimov” tankeri əsaslı təmir olunub.

QSC-dən Trend-ə verilən məlumata görə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri, əsas göyərtəsi və keçid körpüsü tam təmizlənərək rənglənib. Baş və köməkçi mühərrikləri, nasosları təmir olunub.

Üzən vasitənin idarəetmə sistemləri sazlanıb. Maşın şöbəsində və boru sistemlərində təmir işləri aparılıb və yararsız hissələri dəyişdirilib, gəmidə elektrik-quraşdırma işləri yerinə yetirilib.

Bundan başqa, heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.

Aparılan təmirdən sonra tanker dəniz sınağından uğurla keçib və istismara qaytarılıb.

“Cabbar Həşimov” gəmisinin uzunluğu 150, eni 17.3 metr, tam yükgötürmə qabiliyyəti 12 min tondur.

Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tanker donanması Xəzər hövzəsində aparıcı mövqeyə malikdir. Yükdaşımalarda xüsusi çəkisini saxlamaq üçün donanmanın yeni gəmilərlə zənginləşməsinə xüsusi fikir verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti