...

“AzerGold” QSC AXC-nin 100 illiyi münasibəti ilə elan olunan təqaüd proqramının qaliblərini müəyyən edib

İqtisadiyyat Materials 15 Oktyabr 2018 10:08 (UTC +04:00)

Bakı. Trend:

“AzerGold” QSC Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə elan olunan təqaüd proqramının qaliblərini müəyyən edib.

Trend-in məlumatına görə, tarixçi alimlər Firdovsiyyə Əhmədova və Anar Vəliyev, həmçinin “AzerGold” QSC nəzdində fəaliyyət göstərən Korporativ Sosial Məsuliyyət Komitəsinin sədri Sadiqə Mehdiyevadan ibarət münsiflər heyəti müsabiqə iştirakçılarını AXC tarixi üzrə az araşdırılmış mövzu, akademik tələblərə uyğun tərtib edilmiş iş planı və ədəbiyyat siyahısı kimi meyarlar əsasında qiymətləndirib.

Qiymətləndirmə nəticəsində irəli sürülən müraciətlər içərisində AXC-də pul və qiymətli kağızlar siyasəti, AXC dövründə sənaye, aqrar məsələlərə dair bolşevik mətbuatında əks təbliğat və Azərbaycan parlamentarizminin xüsusiyyətləri kimi mövzular səs çoxluğu ilə qalib seçiliblər.

Oktyabr ayının 12-də “AzerGold” QSC-nin rəhbər şəxsləri ilə qaliblər arasında Cəmiyyətin inzibati binasında görüş keçirilib. Görüş çərçivəsində “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü, sədrin müavini Oqtay Məmmədov təqaüd proqramının AXC-nin tarixinin daha da dərindən araşdırılmasına və tarixi tədqiqatların təşviqinə önəmli töhfə verəcəyini bildirib. Qaliblər müsabiqənin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək, “AzerGold” QSC-yə tarixi araşdırmaların aparılması üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər. Daha sonra təqaüd proqramının qalibləri ilə müvafiq müqavilələr imzalanıb. Müqavilənin şərtlərinə əsasən tədqiqatçılar araşdırmalarını müəyyən edilmiş müddət ərzində tamamlayaraq “AzerGold” QSC-yə təqdim edəcəklər. Bu tədqiqatların müxtəlif mətbuat orqanlarında dərc edilməsinə dəstəyin göstərilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, bu ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibəti ilə elan olunan təqaüd proqramı respublikaçılıq ənənələrinin araşdırılmasına və təbliğinə dəstəklə yanaşı, milli tarix üzrə ixtisaslaşmış gənc tədqiqatçıların formalaşmasına və peşəkar inkişafına töhfə vermək məqsədlərini daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti