...

“Türk Hava Yolları” ötən il 75 milyondan çox sərnişin daşıyıb

İqtisadiyyat Materials 15 Yanvar 2019 08:45 (UTC +04:00)
“Türk Hava Yolları” aviaşirkəti ötən ilin dekabr ayında sərnişin və yük dövriyyəsi üzrə göstəricilərini açıqlayıb.
“Türk Hava Yolları” ötən il 75 milyondan çox sərnişin daşıyıb

Bakı. Trend:

“Türk Hava Yolları” aviaşirkəti ötən ilin dekabr ayında sərnişin və yük dövriyyəsi üzrə göstəricilərini açıqlayıb.

“Türk Hava Yolları”ndan Trend-ə verilən məlumata görə, hesabat ayında aviaşirkətin yüklənmə səviyyəsi 80,2% təşkil edib. İniş ilin təsirini nəzərə alaraq, sərnişinlərin sayı, kreslo-kilometrlərin sayı və yüklənmə səviyyəsində artım Türkiyəyə və “Türk Hava Yolları”na marağın artmasının mühüm göstəricisidir.

Dekabr ayında sərnişin axınının artımı davam edib. Belə ki, dekabrda daşınan sərnişinlərin ümumi sayı 1% artaraq 5,5 milyona çatıb. Yüklənmə səviyyəsi isə 80,2%-dək artıb.

2018-ci ilin dekabr ayında reyslərin ümumi yüklənmə səviyyəsi 0,5 faiz bəndi artıb. Beynəlxalq reyslər üzrə yüklənmə səviyyəsi 0,5 faiz bəndi artaraq 80%-ə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə 84%-ə çatıb. Hesabat ayında beynəlxalq tranzit sərnişinlərinin sayı təxminən 3%, tranzit sərnişinlər istisna olmaqla, beynəlxalq sərnişinlərin ümumi sayı 8% artıb.

Dekabr ayında daşınan yüklərin/poçtun həcmi üzrə ikirəqəmli artım davam edib və bu göstərici 2017-ci ilin eyni ayı ilə müqayisədə 20% artıb. Artım əsasən Afrika (33%), Şimali Amerika (33%), Uzaq Şərq (17%) və Avropa ölkələri (17%) hesabına baş verib. Dekabr ayında Afrika yüklənmə səviyyəsi müvafiq olaraq 2,5 faiz bəndi, Şimali Amerika, Orta və Uzaq Şərq ölkələri üzrə isə 1 faiz bəndi artıb.

Ötən ilin yanvar-dekabr aylarında tələbat və sərnişinlərin ümumi sayı əvvəlki ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 10% artıb. Hesabat ilində aviaşirkət tərəfindən 75,2 milyon sərnişin daşınıb ki, bu da 2017-ci illə müqayisədə 9,6% çoxdur.

Yanvar-dekabr aylarında reyslərin ümumi yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 82%-ə çatıb. Beynəlxalq aviareyslər üzrə yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 81%-ə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə təqribən 1 faiz bəndi artaraq 85%-ə çatıb. Hesabat dövründə beynəlxalq aviareyslər üzrə sənişindaşıma (tranzit sərnişinlər istisna olmaqla) 12% artıb.

Ötən il ərzində daşınan yüklərin/poçtun həcmi 25% artaraq 1,4 milyon tondan çox olub.

1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın üzvüdür və bütün dünyada 302 istiqamət üzrə uçuşlar yerinə yetirən (253 beynəlxalq və 49 daxili) və 326 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətdir. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatla www.turkishairlines.com saytında, eləcə də “Facebook”, “Twitter”, “Youtube”, “Linkedin” və “Instagram” səhifələrində əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti