...

Burada kartof əkini qadağan edildi - Suya qənaət üçün

İqtisadiyyat Materials 27 Fevral 2019 09:18 (UTC +04:00)
İranın Lorestan vilayətinin Silsilə rayonunda kartof əkini qadağan edilib.
Burada kartof əkini qadağan edildi - Suya qənaət üçün

Bakı. Elnur Bağışov - Trend:

İranın Lorestan vilayətinin Silsilə rayonunda kartof əkini qadağan edilib.

Trend-in məlumatına görə, rayonun qubernatoru Şərif Xosrəvi deyib ki, müsbət nəticə olacağı halda qərar vilayətin digər rayonlarında da tətbiq olunacaq.

Ş.Xosrəvi əlavə edib ki, ötən il suya ehtiyacı olan məhsulların əkini azaldılıb. O cümlədən rayonda 3,5 min hektar kartof sahəsi 1,3 min hektara qədər azaldılıb.

Qubernator bu addımın su və torpaq ehtiyatlarının qorunması istiqamətində atıldığını deyib:

“Bunun əvəzində isə yüksək iqtisadi effektivliyi olan məhsullar, o cümlədən zəfəran və dərman bitkilərinin əkilməsi üçün proqram tənzimlənib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti