...

Qadınlar "Hilton"da: AmCham-ın dəstəyi ilə (FOTO)

İqtisadiyyat Materials 2 Aprel 2019 10:15 (UTC +04:00)
Aprelin 1-də Bakı şəhərində “Qadınlar Hiltonda: AmCham-ın dəstəyi ilə” adlı konfrans keçirilib.
Qadınlar "Hilton"da: AmCham-ın dəstəyi ilə (FOTO)

Bakı. Trend:

Aprelin 1-də Bakı şəhərində “Qadınlar Hiltonda: AmCham-ın dəstəyi ilə” adlı konfrans keçirilib.

“Hilton Baku” və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) birgə təşəbbüsü olan tədbir 100-dən çox azərbaycanlı qadın tələbəni bir araya gətirməklə, onlara həm ənənəvi konfrans sessiyalarında və təlimlərdə, həm də aşağıdakı şəxslərin də qatıldığı ustad dərslərində iştirak etmək imkanı verib:

  • Vilyam Gil, ABŞ-ın Azərbaycandakı səfirinin müavini;
  • Natəvan Məmmədova, AmCham Azərbaycanın İcraçı direktoru;
  • Cey Sinqx, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru;
  • Zarina Zeynalova, “PwC Azerbaijan” şirkətinin transformasiya və strategiya üzrə direktoru.

Tədbir “Hilton Baku” otelinin baş direktoru Aykut Korkmaz və İR üzrə meneceri Mariya Rudzinskanın moderatorluğu ilə keçirilib. Öz peşəkar və həyat təcrübələrini bölüşən ümumdünya Hilton şəbəkəsinin digər aparıcı nümayəndələri arasında “Hilton Continental Europe” otelinin İstedadların cəlb edilməsi üzrə baş meneceri Polina Kabanova, “CE Hilton” otelinin Regional İR meneceri Yana Abakeliya və “Hilton Batumi” otelinin Əməliyyatlar üzrə direktoru Nino Mesabişvili də olub.

Konfransın missiyası həm Azərbaycandakı gənc qadınlara öz potensiallarını açmağa kömək etməkdən, həm də liderlik bacarıqları nümayiş etdirən gənc qadınların ölkə üçün əhəmiyyəti barədə məlumatlılığın artırılmasından ibarət olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti