...

“VİSA İnternational” bu il keçiriləcək “Rəqəmsal Ticarət Qovşağı”nın konfransında iştirak edəcək (FOTO)

İqtisadiyyat Materials 18 Aprel 2019 09:46 (UTC +04:00)

Bakı. Trend:

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “VİSA İnternational” şirkətinin MDB və Cənub - Şərqi Avropa ölkələri üzrə rəhbəri Vira Platonova, MDB və Cənub – Şərqi Avropa ölkələri üzrə hökümətarası əlaqələr üzrə rəhbəri Yuliya Zaavalishyna və “VİSA İnternational” şirkətinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Nurlan Hacıyevi qəbul edib.

Mərkəzdə Trend-ə verilən məlumata görə, V.Qasımlı xatırladıb ki, bu il yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Visa” şirkətinin prezidenti Rayan Maklnernini qəbul edib: “Görüşdə Rayan Maklnerni bu il Davosa səfərlərinin əsas məqsədinin Prezident İlham Əliyev ilə görüşmək olduğunu vurğulamışdı. O, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda rəqəmsal ödənişlərin inkişafında mühüm irəliləyişlərin baş verdiyini və bu sahədə müxtəlif layihələrin reallaşdırılmasında “Visa” şirkətinin ölkənin müvafiq qurumları ilə sıx əməkdaşlıq etdiyini bildirmişdi. Bu qurumlardan biri də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir”.

Görüşdə “VİSA İnternational”ın təmassız ödəniş sistemləri, transsərhəd müqavilələrdə elektron ödənişlərin Visa Wallet, Visa e-identity və Visa Checkout kimi müasir texnologiyalardan istifadə kimi məsələlər haqqında müzakirələr aparılıb. Həmçinin Azerxport.az portalının və Rəqəmsal Ticarət Qovşağının menecerləri də “VİSA İnternational” şirkəti ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında imzalanan Anlaşma Memorandumunda nəzərdə tutulan işlərin cari vəziyyəti barədə məlumat verib və Memorandumdan irəli gələn məsələlərin icrası istiqamətində növbəti hədəflər təyin olunub.

Həmçinin “VİSA İnternational” tərəfindən təqdim olunan “SRC - Secure Remote Commerce” tətbiqinin imkanlarından istifadə etməklə Azərbaycanda elektron ticarət və biometrik parametrlər üzrə ödəniş tapşırıqlarının təsdiqlənməsi kimi sahələrdə təhlükəsizliyinin təmin edilməsi istiqamətində qarşılıqlı əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə edilib. “VİSA İnternational” bu il də Azərbaycanda keçiriləcək “Rəqəmsal Ticarət Qovşağı”nın üçüncü konfransında yaxından iştirak edəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti