...

Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb

İqtisadiyyat Materials 25 Aprel 2019 19:08 (UTC +04:00)
2019-cu il mart ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,0 faiz artaraq 8 milyard 213,9 milyon manat təşkil edib.
Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb

Bakı. Elçin Mehdiyev – Trend:

2019-cu il mart ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,0 faiz artaraq 8 milyard 213,9 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, əmanətlərin 59,4 faizi xarici, 40,6 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 13,5 faiz, xarici valyutada əmanətlər isə 1,4 faiz artıb.

2019-cu il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli isə milli valyuta ekvivalentində 12 milyard 974,6 milyon manat təşkil edib. Ümumi kredit portfelinin 10 milyard 379,6 milyon manatı və ya 80,0 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 97,3 faizi banklar, 2,7 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 581,0 milyon manat olub və ümumi kredit portfelinin 12,2 faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti