...

Nazirlik: Fermerlər ehtiyaca uyğun təlimlərə cəlb olunur

İqtisadiyyat Materials 23 Aprel 2019 15:38 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi meyvə və tərəvəzin, xüsusilə də kartof və soğanın məhsuldarlığının artırılmasına nail olmaq üçün fermerləri mütəmadi təlimlərə cəlb edir.
Nazirlik: Fermerlər ehtiyaca uyğun təlimlərə cəlb olunur

Bakı. Ayşəm Rüstəmova - Trend:

Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə məhsuldarlığın artırılmasına nail olmaq üçün fermerləri mütəmadi təlimlərə cəlb edir.

Bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

V.Hüseynov bildirib ki, nazirlik əməkdaşları yerlərdə fermerlərin təlimlərə olan ehtiyacını dəqiqləşdirir: "Mövcud ehtiyaclara uyğun olaraq fermerlər təlimlərə cəlb olunur. Təlimlər bitkiçilik, heyvandarlıq, texniki nəzarət, fitosanitar tədbirlər və sair istiqamətləri əhatə edir. Burda səpində müasir innovativ üsullardan istifadə etmək, aqrotexniki qaydalara, təqvimə riayət etməklə bağlı mütəmadi maarifləndirmə işləri həyata keçirilir".

Şöbə müdirinin sözlərinə görə, ötən ilin noyabr ayından başlayaraq bu günə qədər ən müxtəlif sahələr üzrə təlimlər keçirilir: "Yerlərdən aldığımız məlumatlar göstərir ki, fermerlərin bu təlimlərə ciddi ehtiyacı var. Aparılan təlimlər, maarifləndirmə işləri nəticəsində biz ən müxtəlif sahələr üzrə məhsuldarlığın artırılmasına nail olacağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti