Gömrük xidməti əməkdaşları üçün xidmətə ilkin hazırlıq təlimləri təşkil olunub (FOTO)

Bakı. Trend:
Mayın 23-də Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük xidməti əməkdaşları üçün xidmətə ilkin hazırlıq təlimləri təşkil olunub.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə hazırlıq təlimlərində akademiya heyətinin üzvləri və 37 dinləyici iştirak edib.
Dinləyicilər tədris planı və proqramına uyğun olaraq Daxili İşlər Nazirliyinin atış poliqonunda birinci təlim atış çalışmalarını yerinə yetirib. Daha sonra təhlükəsizlik qaydaları, atışın şərtləri və digər təlimatlarla tanışlıq olub.
9 MM Makarov tipli tapançadan atış qaydalarını məşq edən dinləyicilər praktiki atış çalışmalarını icra ediblər.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq