...

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Göyçay rayonunda vətəndaşlarla görüşəcək

İqtisadiyyat Materials 1 İyul 2019 13:30 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Göyçay rayonunda, müavinləri İsmayıllı və Ağsu rayonlarında vətəndaşlarla görüşəcəklər
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Göyçay rayonunda vətəndaşlarla görüşəcək

Bakı. Trend:

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq iyulun 12-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Göyçay rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək.

Trend-in məlumatına görə, həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri Anar Kərimov İsmayıllı rayonunda və Mətin Kərimli Ağsu rayonunda vətəndaşlarla görüşəcəklər.

Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) dair müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq iyulun 10-dək qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti