...

KOBİA Koreyanın KOSME Agentliyi ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

İqtisadiyyat Materials 20 İyul 2019 20:22 (UTC +04:00)
Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub
KOBİA Koreyanın KOSME Agentliyi ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Bakı. Trend:

Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.

Agentlikdən Trend-ə verilən məlumata görə, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovla keçirilmiş görüşdə mikro, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığa və təcrübə mübadiləsinə dair müzakirələr aparılıb.

Görüşdə Koreyada KOB sektorunun uğurla inkişaf etməsi nəzərə alınaraq, Agentliyin KOB sahəsində ən yaxşı beynəlxalq təcrübələrin, o cümlədən Koreya təcrübəsinin öyrənilməsində maraqlı olduğu diqqətə çatdırılıb. Eyni zamanda görüşdə Koreyanın Kiçik və Orta Sahibkarlar və Startaplar Agentliyi (KOSME) ilə əməkdaşlığın genişləndirilməsi, KOB inkişaf fondları sahəsində təcrübə mübadiləsi, KOB-lara müxtəlif dəstək mexanizmlərinin göstərilməsi, dövlət-özəl tərəfdaşlığı platformasına dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti