...

Azərbaycanda adambaşına düşən xarici dövlət borcu azalıb

İqtisadiyyat Materials 30 Avqust 2019 19:16 (UTC +04:00)
Azərbaycanda adambaşına düşən xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə 4,2 ABŞ dolları və ya 0,9% azalaraq 1 iyul 2019-cu il tarixə 890,8 ABŞ dolları təşkil edib.
Azərbaycanda adambaşına düşən xarici dövlət borcu azalıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda adambaşına düşən xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə 4,2 ABŞ dolları və ya 0,9% azalaraq 1 iyul 2019-cu il tarixə 890,8 ABŞ dolları təşkil edib.

Trend-in məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, imzalanmış sazişlər üzrə istifadə olunmuş və dövlət borcu hesab edilən kreditlərə görə xarici dövlət borcu ümumi daxili məhsulun 19,0%-ni təşkil edib.

V.Gülməmmədov qeyd edib ki, 1 iyul 2019-cu il tarixinə operativ məlumatlara əsasən dövlətin daxili borcu 1346,1 mln. manat (şərti öhdəliklər daxil olmaqla) təşkil edib. Bu, 01 yanvar 2019-cu il tarixə olan məbləğlə müqayisədə 25,9 mln. manat və ya 2 % çoxdur:

"Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu tərəfindən ödənilmiş vəsaitlərin hər bir təşkilat üzrə qaytarılması ilə bağlı məlumatlar dövlət müəssisələri üzrə 2019-2024-cü illər üzrə dövlət büdcəsinə 2960,8 mln.manat həcmində vəsait ödəniləcəyinin nəzərdə tutulduğunu göstərir.

Son illər üzrə bu sahədə müşahidə olunan meyillər dövlət müəssisələrinin həm dövlət zəmanəti ilə, həm də zəmanət olmadan götürdükləri borc öhdəliklərini
ödəyə bilməməsi hallarının daha çox müşahidə olunduğunu, son nəticədə bu öhdəliklərin bu və digər yollarla dövlət büdcəsi hesabına ödənildiyini
göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti