...

Ramin Quluzadə “AZCLOUD Hackathon 2019” müsabiqəsinin iştirakçıları ilə görüşüb

İqtisadiyyat Materials 30 Avqust 2019 17:25 (UTC +04:00)
“AZCLOUD Hackathon 2019" müsabiqəsi davam edir.
Ramin Quluzadə “AZCLOUD Hackathon 2019” müsabiqəsinin iştirakçıları ilə görüşüb

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkilatçılığı “Hewlett Packard Enterprise”, “R.I.S.K Company”, “Azercell Telekom”, “TrendMicro”, “Juniper Networks”, “Cisco” və “Bestcomp Group” şirkətlərinin sponsorluğu və tərəfdaşlığı ilə keçirilən “AZCLOUD Hackathon 2019" müsabiqəsi davam edir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Ramin Quluzadə Bakı Olimpiya Stadionunda müsabiqənin iştirakçıları ilə görüşüb. Komandaların üzvləri ilə tanış olan nazir gənclərin informasiya texnologiyaları sahəsinə artan marağını xüsusi vurğulayıb.

R.Quluzadə informasiya-kommunikasiya texnologiyaları sahəsində yüksək ixtisaslı gənc kadrlara ehtiyac olduğunu bildirib, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində və tabeliyindəki qurumlarda gənc kadrlara yaradılan şəraitdən danışıb.

Daha sonra nazir komanda iştirakçıları ilə “AZCLOUD Hackathon 2019" yarışması, bu yarışa qatılmaqda məqsədləri və gələcək planları haqqında ətraflı söhbət edib. Gənclərin suallarını cavablandırdıqdan sonra R.Quluzadə iştirakçılar üçün ayrılmış xüsusi “skybox”-ları gəzib və komandalara yaradılmış şəraitlə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti