...

“Rəqəmsal ödənişlər və innovativ həllər” mövzusunda seminar keçiriləcək

İqtisadiyyat Materials 22 Oktyabr 2019 16:51 (UTC +04:00)
“Rəqəmsal ödənişlər və innovativ həllər” mövzusunda seminar keçiriləcək.
“Rəqəmsal ödənişlər və innovativ həllər” mövzusunda seminar keçiriləcək

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatası və “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı tərəfindən 04.11.2019-cu il tarixində media nümayəndələri üçün “Rəqəmsal ödənişlər və innovativ həllər” mövzusunda seminar keçiriləcək.

Seminarda iştirak etmək istəyən KİV təmsilçiləri ən geci 23 oktyabr 2019-cu il tarixinə qədər qeyd olunan məlumatları (ad, soyad, ş/v surəti, əlaqə nömrəsi) [email protected] elektron ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər.

Sonda, seminar iştirakçılarına “MasterCard Worldwide”ın sertifikatları və mükafatların təqdim olunması nəzərdə tutulmuşdur.

Qeyd edək ki, yerlərin məhdud olduğunu nəzərə alaraq, iştirakınızla bağlı məlumatları mümkün qədər tez göndərməyiniz xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti