...

İranın aeroportu fəaliyyətini dayandırdı

İqtisadiyyat Materials 19 Yanvar 2020 15:36 (UTC +04:00)
Qar yağması və görmə üfüqünün azalması ilə İran paytaxtı Tehran şəhərində Mehrabad beynəlxalq hava limanında uçuşlar dayandırılıb
İranın aeroportu fəaliyyətini dayandırdı

Bakı. Elnur Bağışov - Trend:

Qar yağması və görmə üfüqünün azalması ilə İran paytaxtı Tehran şəhərində Mehrabad beynəlxalq hava limanında uçuşlar dayandırılıb.

Bunu İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Rza Cəfərzadə deyib. Bu barədə Trend təşkilatın informasiya portalına istinadən məlumat verib.

R.Cəfərzadənin sözlərinə görə, aeroportda uçuşların bərpa olunması ilə əlaqədar məlumat veriləcək.

Cəfərzadə bildirib ki, İmam Xomeyni beynəlxalq aeroportunda uçuşlar həyata keçirilməkdədir.

Qeyd edək ki, İranın bir sıra vilayətində qar yağması səbəbi ilə aeroportlarda uçuşlar ya dayandırılıb ya da gecikmə ilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti