Vüsal Qasımlı: Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft ixracının yeni erası başlayır

Vüsal Qasımlı: Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft ixracının yeni erası başlayır

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda həm də qeyri-neft ixracatının artırılması istiqamətində tapşırıqlar verib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ölkənin qeyri-neft ixrac potensialının reallaşdırılması istiqamətində suala cavab verərək məsələni şərh edib.

Trend-in məlumatına görə, şərhdə deyilir:

- Möhtərəm cənab Prezidentin təşəbbüsü və liderliyilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına həsr olunan 4 dövlət proqramı nəticəsində son 16 ildə xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artmışdır. 2017-ci ildə qeyri-neft ixracımız 24 faiz, 2018-ci ildə 10 faiz, 2019-cu ildə isə 14 faiz artıb. Son üç ildə qeyri-neft ixracının kumulyativ artımı 55 faizi ötüb. Dövlət adından ixraca dəstək üçün Azexport.az portalı, Bir Pəncərə İxraca Dəstək Mərkəzi, ticarət evləri, ticarət nümayəndələri, ixrac subsidiyaları, ixrac missiyaları, beynəlxalq sərgilərdə iştirak və s. kimi dəstəkləyici tədbirlərdən uğurla istifadə edilmişdir. Əldə olunmuş uğurlardan sonra 4-cü sənaye inqilabının tələblərinə uyğun şəkildə Prezident İlham Əliyevin rəhbərliyilə qeyri-neft ixracının yeni erası başlayır.

Strateji yol xəritələrinə əsasən qeyri-neft sektoru üzrə ixracın hazırda adambaşına 200 ABŞ dollarından 2025-ci ildə ən azı 450 ABŞ dollarına qaldırılması hədəflənib, başqa sözlə bu il də daxil olmaqla biz qeyri-neft ixracını illik 15 faiz artırmalıyıq ki, hədəfimizə çataq. Azərbaycan iqtisadiyyatının idxal tələbi adambaşına ortalama 1000 ABŞ dollarıdı. İdxalı tarazlaşdırmaq üçün Azərbaycandan hazırda adambaşına 2 min ABŞ dolları həcmində məhsul ixrac olunur ki, bunun da 90 faizini getdikcə əlavə dəyəri azalan və qiymətləri dəyişkən olan neft-qaz təşkil edir. Deməli, qeyri-neft ixracının artımı iqtisadi təhlükəsizlik və makro sabitlik üçün strateji əhəmiyyətlidir. Amma qeyri-neft ixracının artımı kəmiyyət deyil, keyfiyyət baxımından, başqa sözlə, yaradılan mənfəət baxımından daha əhəmiyyətlidir. Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda nəzərdə tutulur ki, 2020-ci ilin iyul ayınadək yeni qeyri-neft ixracı strategiyası hazırlansın.

Cənab Prezidentin həyata keçirdiyi ixracın dəstəklənməsi siyasətində dünya təcrübəsində mümkün olan hər üç istiqamət uğurla əhatə olunub: standart ticarət, qlobal dəyər zəncirləri və klasterial yanaşma.

Birincisi ondan başlayaq ki, müasir dünyada standart ticarətə nisbətən qlobal dəyər zəncirləri önəmini daha da artırır. Dünya Bankının hesablamalarına görə, dəyər zəncirində iştirakın 1 faiz artması hər nəfərə gəliri 1 faizdən də çox artırır, hansı ki standart ticarətdə bu göstərici 0,2 faizdi. İxracda e-ticarət və e-kommersiya önə çıxır. Azərbaycan UNESCAP-ın hesablamalırna görə, kağızsız ticarət və ticarətin asanlaşdırılması kriteriyalarına görə Cənubi Avropadan başlamış Çinə qədər geniş bir coğrafiyada lider ölkədir. Azərbaycan eyni zamanda standart ticarət imkanlarından geniş yararlanır. Məsələn, keçən il biz əlavə 800 meqavat elektrik enerjisi almaq hesabına elektrik enerjisi ixracını 17 faiz artırmışıq.

Azərbaycan qlobal dəyər zəncirlərinə qoşulanda məhsulun istehsalının bütün mərhələlərini (upstream, midstream və downstream) deyil, rəqabət üstünlüyü olan mərhələsində fokuslanmalıdır. Məsələn, Banqladeş, Kamboca və Vyetnam geyim sənayesini inkişaf etdirməklə xammal ixracatından hazır məhsul ixracına keçidin yaxşı nümunəsini sərgilədilər. Amma hər üç ölkə hazır paltar ixracını tekstili idxal etməklə həyata keçirdilər. Təsəvvür edin ki, hər bir kiloqram pambıq mahlıcının ixracına nisbətən pambıq paltarın ixracı üç dəfədən də çox gəlir gətirir. Azərbaycan ötən il 122 milyon dollar pambıq mahlıcı ixrac etmişdir ki, bunun da son məhsula çevrilməsi təxminən 400 milyon dollar gətirə bilərdi. Biz hazırda pambıq lifinin hər tonunu orta hesabla 1500 dollara satırıq, bir addım emal dərinliyini artıranda, yəni pambıq ipliyi ixrac edəndə hər tonda orta hesabla 2500 dollar qazanırıq. Beləliklə, cənab Prezidentin bildirdiyi kimi emal dərinliyinin artırılması üçün sahibkarlar daha çox sərmayə yatırmalıdırlar. Bu sahibkarların gəlirlərini daha çox artıracaq və “Adam Smitin görünməz əli” ilə yeni iş yerləri, əlavə dəyər, ixrac və vergi bazası baxımından faydalı olacaq. Cənab Prezidentin qarşıya qoyduğu yeni vəzifələrə uyğun olaraq meyvə-tərəvəz, tütün, kartof, üzüm və digər aqrar məhsulların son məhsula çevrilməsi çox vacibdir. Bu yolla Azərbaycan həm ixracını genişləndirə, həm də idxalı əvəzləşdirə bilər.

Qlobal dəyər zəncirlərində ölkə, sektor və ya şirkət səviyyəsində iştirak etmək olar. Burada iki formanı fərqləndimək mümkündür: hörümçək formalı və ilan formalı.

Məsələn, Azərbaycanda avtomobil istehsalı daha çox hörümçək formalı dəyər zəncirinə oxşayır. Müxtəlif ölkələrdən gətirilən avtomobil hissələri bizdə yığılır və son məhsula çevrilir, dəyərin bir hissəsi də bizdə qalır. Hörümçək formalı dəyər zəncirlərində üç məsələyə daha çox fikir verməliyik: məhsuldarlıq, bazarlara çıxış və dəyər zəncirində daha dərinə gedib istehsalı genişləndirmək.

İlan formalı dəyər zəncirlərini biz nəqliyyat dəhlizlərinin üzərində qura bilərik. Məsələn, Çindən Avropaya gedən fiberoptik kabel imkan verəcək ki, biz Azərbaycanda Data Mərkəzi yaradıb əldə olunmuş dataları emal edərək sataq. Hazırda dünyada da belə bir tendensiya var ki, qlobal dəyər zəncirləri həm də data axınlarının üzərində qurulur. Eyni prinsipi tətbiq etməklə Ələt Limanında Azad İqtisadi Zonanın ərazisində Orta Asiyadan gələn məhsulları emal edərək Avropaya satmaq mümkündür.

Ölkələrin dəyər zəncirlərində iştirakı da müxtəlif səviyyələrdədir. Avropa və Şərqi Asiyada qlobal dəyər zəncirləri daha çox regionun daxilində ticarətin hesabına inkişaf edir, Şimali Amerikanın yaratdığı dəyər zəncirləri isə daha çox qlobal xarakter daşıyır. Avropa və Şərqi Asiyanın geoiqtisadi tarazlıq mərkəzində yerləşən Azərbaycan bu iki nəhəng dəyər zəncirləri kompleksinin inteqrasiyasında əlverişli mövqelərə çıxa bilər.

Qlobal dəyər zəncirləri dərin ixtisaslaşamaya aparır ki, hazırda Azərbaycanın buna ehtiyacı var. Biz post-neft dövrünün əsas drayverlərini – sektorlarını əsasən müəyyənləşdirmişik: turizm, aqrobiznes, nəqliyyat-logistika, neft-qaz kimyası, İKT və metallurgiya. İndi lazımdır ki, daha dərinə gedərək subsektorları seçək və ixtisaslaşaq. Nizaminin təbirincə desək, “kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan.” Çili və Çexiya kimi ölkələrin təcrübəsi göstərir ki, maksimum 6 sahə kifayətdir.

İnkişaf səviyyəsinə görə ölkələrin dəyər zəncirlərində iştirakı dörd səviyyədə ola bilər: xammal, məhdud istehsal, qabaqcıl istehsal və xidmətlər, innovativ fəaliyyətlər. Dəyər zəncirlərinə qoşulan şirkətlər daha məhsuldar və kapital-tutumlu olmağa çalışırlar, beləliklə, istehsalı genişləndirirlər və məşğulluğu təmin edirlər. Belədə dəyər zəncirlərinə qoşulan şirkətlər inkişaf edən ölkələrdə məşğul əhalinin az məhsuldar sahələrdən daha məhsuldar istehsal və xidmət sahələrinə keçidini təmin edirlər. bir müşahidəni deyim ki, dünya üzrə göstəricilər sübut edir ki, dəyər zəncirlərinə qoşulmaqla qadın məşğulluğu daha sürətlə artır.

Cənab Prezident müşavirədə klasterial inkişafla bağlı çox vacib məqama toxundu və bildirdi ki, SOCAR Polymer zavodunun istehsal etdiyi polimerlərin əsasında klaster yaratmalıyıq. Azərbaycan SOCAR Polimeri istifadəyə verməklə qabaqcıl istehsalı yaradıb. Belə ki, burada illik 300 min ton məhsul istehsal olunacaq və məhsulun 70 faizi xarici bazarlara ixrac ediləcək. Göründüyü kimi biz xammaldan məhsul istehsalına keçməklə daha çox dəyəri ölkədə saxlayırıq. Digər bir tərəfdən SOCAR Polimer multiplikasiya effekti yaradaraq ölkədə bir sıra sənaye sahələrinin inkişafını təmin edə bilər. Ötən il Azərbaycanın ixracının artmasında SOCAR Polimer və SOCAR Karbamid kimi zavodların əhəmiyyətli rolu olub. SOCAR Polimer layihəsinin müddətində 6, 6 milyard dollar gəlir gətirməsi proqnozlaşdırılır. Bu gəlirin də təxminən 30 faizi xalis mənfəətdir. Buradan bizim büdcəyə 400 milyon dollar mənfəət vergisi gələcək və 450 milyon dollar da əlavə dəyər vergisi gəliri təmin olunacaq. SOCAR Polymerin istehsal etdiyi polietilen və polipropilen imkan verəcək ki, biz həmin məhsulları Azərbaycanda son məhsula çevirək.

Cənab Prezident müşavirədə həm də xidmət ixracının da əhəmiyyətini qeyd etdi və bildirdi ki, keçən il xarici turistlər Azərbaycanda 4,3 milyard manat pul xərcləyiblər. Yəni, turizm neftdən sonra ikinci ən gəlirli sahədir. 2020-2023-cü illərdə turizmdə artım tempi 30 faizdən çox olacaq ki, bu da xidmət ixracının daha da artmasına zəmin hazırlayacaq. Bu gün Azərbaycan rezidentləri turizmlə yanaşı informasiya-kommunikasiya, nəqliyyat-logistika, təhsil, səhiyyə, maliyyə-bank, tikinti, kosmik xidmətlər sahəsində ixrac imkanlarını daha da genişləndirə bilərlər.

Azərbaycandan “kreativ ixrac” da genişlənir. Yaradıcı və sənaye sahələri (film, foto, heykəltaraşlıq, musiqi, ədəbiyyat, media və s.) üzrə ixrac imkanlarımız da yeni qeyri-neft ixrac strategiyasında nəzərə alınası məqamdır.

Cənab Prezidentin qeyri-neft ixracı ilə bağlı qarşıya qoyduğu əsas məqsəd ixracın daha çox mənfəət gətirməsi, regionlarımızın ixraca qoşulması, ixracın coğrafiyasının şaxələndirilməsi və ixraca daha çox KOB subyektlərinin cəlb olunmasıdır.

Azərbaycanda kənd təsərrüfatı istehsalı artıb
Azərbaycanda kənd təsərrüfatı istehsalı artıb
Azərbaycan limanlarında aşırılan yüklərin həcmi 6 milyon tona çatıb
Azərbaycan limanlarında aşırılan yüklərin həcmi 6 milyon tona çatıb
"Azərmaş" yeni avtomobil və avtobusların istehsalına başlayıb
"Azərmaş" yeni avtomobil və avtobusların istehsalına başlayıb
Loading Bars
Xəbər lenti
Türkiyə Silahlı Qüvvələri "Qətiyyət-2021" təlimlərinə start verib
YUNESKO-nun baş direktoru Əfqanıstanda bütün uşaqların təhsil almasına dair çağırış edib
Bakıda Azərbaycan və Rusiya hərbi dənizçilərinin görüşü keçirilib (FOTO)
Şuşalıların doğma şəhərlərinə növbəti səfəri təşkil olunub
Beynəlxalq Sahilyanı Təmizlik Günü münasibətilə təmizlik aksiyası keçirilib (FOTO)
Ermənistan məğlubiyyətlə barışmaqla yanaşı, xalqı aldatdığını da etiraf etməyə başlayıb - Deputat
Bakıda maşın, Balakəndə ev yanıb, xəsarət alan var
Azərbaycan aviasiya vasitələri “Texnofest-2021” festivalında iştirak edəcək
"Başqa həyat" sənədli filminin təqdimatı olub
Azərbaycanda kənd təsərrüfatı istehsalı artıb
Azərbaycan limanlarında aşırılan yüklərin həcmi 6 milyon tona çatıb
İmişlidə qətl hadisəsi törədilib (FOTO)
Rusiyadakı erməni lobbisinin Azərbaycana qarşı yeni taktikası onların isterikasıdır
Şəhid zabitin xatirəsinə tikilən bulağın açılışı olub (FOTO/VİDEO)
Rusiya kosmosda film çəkəcək
“TurAz Şahini - 2021" təlimlərində iştirak edən hərbçilərimizin bir qrupu Vətənə qayıdıb
Birinci vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib (FOTO)
İƏT OA faktaraşdırıcı missiyanın yekunlarına dair bəyanat qəbul edib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 042 nəfər koronavirusa yoluxub, 29 nəfər vəfat edib
Qaxda ikimərtəbəli, Zaqatalada isə 6 otaqlı ev yanıb
Minaatan bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri davam edir (VİDEO)
"Azərmaş" yeni avtomobil və avtobusların istehsalına başlayıb
İranda ötən sutkada 355 nəfər koronavirusdan ölüb
Messinin PSJ-dən qazanacağı gəlir açıqlanıb
Şuşada Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının konserti keçirilir (FOTO)
Rusiya Xəzər flotiliyasının iki hərbi gəmisi Bakıya gəlib (FOTO)
Ümumdünya Gömrük Təşkilatı ilə əməkdaşlıq müzakirə edilib (FOTO)
Keçən il bu vaxt yuxumuza da girməzdi ki, bir ildən sonra Şuşada Bülbülün ev-muzeyini bərpa edəcəyik - Polad Bülbüloğlu
Qardaşlar külli miqdarda heroin və metamfetaminlə saxlanılıblar (FOTO)
Ruhumuzu və mədəniyyətimizi Şuşaya qaytarmışıq - Anar Kərimov
Hərbi Liseyin kursantları ilə görüş keçirilib (FOTO)
Hindistanda bir gündə 22 milyon nəfər vaksin olunub
Deputat neftçiləri təbrik edib
Azərbaycanla İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib
Güney-Zağalı su anbarı ətrafında ekoloji aksiya keçirilib (FOTO)
Ermənistanın Azərbaycana dörd dəfə “İskəndər” atması doğrudur - Şair Ramaldanov
Gəncə Dövlət Universitetinin rəhbərliyi Ermənistanın raket atəşindən zərərçəkmiş ailə ilə görüşüb (FOTO)
Azərbaycan nefti bahalaşıb
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər
Bazar günü hava necə olacaq?
Kabildə partlayış törədilib - Yaralılar var
İmişli sakini dayısı oğlunu qətlə yetirib
Hollandiya XİN Azərbaycanın müxalifət partiyalarını saxta sənəd verməkdə günahlandırıb
Azərbaycan əhalisinin gəlirləri 37 milyard manatı ötüb
Keçmiş məhkumdan metamfetamin götürülüb (FOTO)
Qazi və şəhid ailələri üçün “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 500-ü keçib
Həyətində narkotik yetişdirən Şəmkir sakini saxlanılıb (FOTO)
Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb
"Doing Business" hesabatlarında Azərbaycanla bağlı məlumatları kimlər saxtalaşdırıb?
Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirilib
Qazaxıstanda koronavirusa daha 2 901 nəfər yoluxub
Lənkəranda qəlyanxana aşkarlanıb
Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Azərbaycan-Türkiyə-Pakistan ittifaqı qardaşlıq və həmrəylik birliyidir - Kamaləddin Qafarov
Argentina prezidenti Nazirlər Kabinetində dəyişikliklər edib
Rusiya şirkətləri Qarabağda "ağıllı şəhər" tikintisinə qoşula bilər (ÖZƏL)
ABŞ prezidenti Nyu-Yorkda BMT-nin baş katibi ilə görüşəcək
USAID Balakən, Qax və Zaqatalada İnfrastrukturun yaxşılaşdırılmasında vətəndaş iştirakçılığına dəstək göstərir (FOTO/VİDEO)
Türkiyə aviasiyası İraqın şimalında terrorçuları məhv edib
Avropa Komissiyasının rəhbəri sentyabrın 27-də Buxarestə səfər edəcək
ƏDV ilə bağlı artıq ödəmənin qaytarılması üçün 100-dən çox müraciət olub
Fransada əhalinin 67 faizi koronavirusdan tam peyvənd edilib
Dünyada koronavirusa yoluxanların sayı 228 milyonu ötüb
Bayden 22 sentyabrda BMT-nin koronavirusa dair virtual zirvəsini təşkil edir
Pentaqon avqustda Kabilə endirdiyi aviazərbəyə görə üzr istəyir
Əlcəzairin sabiq prezidenti Buteflika dünyasını dəyişib
Nurməhəmmədovun qohumu Nəriman Abbasova məğlub oldu
Dünya çempionu Karlsen Stavanger şahmat turnirində qalib oldu
G20-nin Əfqanıstan üzrə görüşünün vaxtı açıqlanıb
Türkmənistan və Özbəkistan birgə avtomobil istehsal edəcəklər
Türkiyədə son sutkada koronavirusdan 23 197 nəfər sağalıb
Vəziyyəti pisləşən Pele yarı intensiv terapiya şöbəsinə köçürülüb
Paris ABŞ və Avstraliyadan səfirlərini geri çağırır
Britaniyaya gələn əcinəbilərlə bağlı məhdudiyyətlər yumşaldılır
Azərbaycan-Rusiya əczaçılıq müəssisəsində Azərbaycan məhsulunun istehsalı planlaşdırılır
Bakıda intihara cəhdin qarşısı alınıb
Bəzi bölgələrdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
Ombudsman Minatəmizləmə Agentliyinin bir sıra əməkdaşını fəxri fərmanla təltif edib
“Üç qardaş - 2021” təliminin növbəti mərhələsi icra edilib (VİDEO)
Britaniyada koronavirusdan daha 178 nəfər ölüb
Azərbaycan avtomobil idxalını 40 faizdən çox artırıb
Azərbaycandakı helikopter servis mərkəzi əsaslı təmir üzrə regional qovşağa çevrilə bilər
Müxtəlif nəqliyyat növləri ilə yükdaşımaların həcmi açıqlanıb
Azərbaycanda benzin istehsalı azalıb
Azərbaycanda sərnişinlər əsasən bu nəqliyyat növündən istifadə edib
Anar Kərimov Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb (FOTO)
Təhsil Nazirliyi vakansiya seçimlərinin nəticələrini açıqlayıb
İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Tərtərdə "Marağa 150" abidəsinə baxış keçirib (FOTO)
Rusiyada vaksin istehsalının artırılması planlaşdırılır
Deputatın şəhid bulağı ilə bağlı qaldırdığı məsələ həllini tapdı
Xəzər rayonunda şəhid ailəsi ziyarət edilib (FOTO)
Bakı 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək - Müqavilə imzalandı (FOTO)
AHK Foreign Business Reception tədbirində İqtisadiyyat nazirinin iştirakı gözlənilir
Gömrükçülər 133,4 kq narkotik vasitə aşkarlayıb (FOTO)
12 ayadək güzəştli biznes krediti kartınıza gəlsin, Yelo Bank-dan 12 ayadək güzəştli mikro kreditlər
İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Tərtərə səfər edib (FOTO)
TƏBİB-ə yeni səlahiyyət verilib
Azərbaycanda heç kim Çinin yolunu tanımayanda mən biznes üçün Çinə gedib-gəlirdim - Vüqar Səfərli
Bütün xəbərlər