...

Tullantı sularının təkrar istifadəsi üzrə layihələr ekspertizadan keçiriləcək

İqtisadiyyat Materials 10 Fevral 2020 20:28 (UTC +04:00)
Nazirlər Kabineti sudan istifadə qaydalarına dəyişiklik haqda qərara aydınlıq gətirib.
Tullantı sularının təkrar istifadəsi üzrə layihələr ekspertizadan keçiriləcək

Bakı. Trend:

Nazirlər Kabineti sudan istifadə qaydalarına dəyişiklik haqda qərara aydınlıq gətirib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, qərara əsasən hər hansı şirkət su təchizatı və tullantı suların axıdılması ilə bağlı layihələr həyata keçirərkən onların ətraf mühitə təsirinin qiymətləndirilməsini aparmalı və ekoloji ekspertizanın müsbət rəyi olduğu təqdirdə həmin qurğuların işləməsinə icazə verilməlidir.

Eyni zamanda tullantı sulların tənzimlənməsi və təkrar istifadəsi üzrə layihələr də müvafiq ekoloji ekspertizadan keçirilməlidir.

Bu Qərar ölkədə ekoloji durumun yaxşılaşdırılmasına, ətraf mühitin daha səmərəli qorunmasına, ekoloji siyasətin beynəlxalq standartlara uyğunlaşdırılmasına təkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti