...

Rumas: Belarus Azərbaycan neftinin uzunmüddətli müqavilə əsasında tədarükündə maraqlıdır

İqtisadiyyat Materials 2 Mart 2020 22:45 (UTC +04:00)

Bakı. Trend:

Belarus Azərbaycan neftinin uzunmüddətli müqavilə əsasında tədarükündə maraqlıdır.

Trend-in məlumatına görə, bunu Belarusun baş naziri Sergey Rumas bu gün SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşündə bildirib.

Baş nazir deyib ki, Belarus nefti Odessa-Brodı-Mozır kəmərindən istifadə edərək Mozır Neft Emalı Zavodunda emal etməyi planlaşdırır: "Biz SOCAR-la uzun müddət çalışmışıq. Bu günə qədər iki dəfə, 2011 və 2016-cı illərdə Azərbaycandan neft tədarük etmişik".

Azərbaycan tərəfinin də Belarusdan neft məhsulları aldığını xatırladan S.Rumas qeyd edib ki, SOCAR uzunmüddətli müqavilə bağlamaq üçün etibarlı tərəfdaşdır:

"SOCAR mütəxəssisləri hazırda Mozır Neft Emalı Zavodunda tikinti-quraşdırma işləri ilə məşğul olurlar. İmzalanacaq müqavilə iki ölkə arasında neft sənayesində əlaqələrin gücləndirilməsi istiqamətində əhəmiyyətli addım olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti