...

Azərbaycan nefti ucuzlaşır

İqtisadiyyat Materials 13 Mart 2020 11:34 (UTC +04:00)
"Brent Dated" etalon növlü neftin qiyməti 30,81 dollar/barel olub
Azərbaycan nefti ucuzlaşır

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 12-də 32,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,69 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 31,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,81 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 26,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,14 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 30,81 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 4,07 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti