...

Hesab.az çətin günlərdə də istifadəçilərin yanındadır! (VİDEO)

İqtisadiyyat Materials 3 Aprel 2020 15:30 (UTC +04:00)
Hesab.az çətin günlərdə də istifadəçilərin yanındadır! (VİDEO)

Bakı. Trend:

Hər zaman fəaliyyətində insan faktoru ön planda olan GoldenPay/Hesab.az ölkə olaraq keçdiyimiz bu çətin günlərdə yenə də bütün ölkə vətəndaşlarının və öz əməkdaşlarının sağlamlığına biganə qalmır.

GoldenPay/Hesab.az olaraq Covid-19 virusunun yayılmasının qarşısını almaq, vətəndaşlarımızın sağlamlığını qorumaq məqsədi ilə hər kəsi karantin qaydalarına riayət etməyə və ödənişləri evdən çıxmadan Hesab.az-da etməyə səsləyir.

Yayılmış virusla bağlı karantin rejiminə keçərək, Hesab.az əməkdaşları da, ev ofisi şəraitində işə davam edir. Belə ki, istifadəçilərin müraciətləri sosial media, E-mail və mobil telefon üzərindən operativ şəkildə cavablandırılır.

Bundan başqa, Hesab.az portalında Koronavirusla Mübarizəyə Dəstək Fondu üçün həyata keçirilən ödənişlərin kütləviliyini və intensivliyini, ayrı-ayrı fiziki və hüquqi şəxslərin müraciətlərini nəzərə almış və vəsaitlərin köçürülməsi imkanlarının genişləndirilməsi, asanlaşdırılması məqsədilə xüsusi funksionallıq əlavə edilmişdir.İstifadəçilər bu bölmədə Koronavirusla bağlı rəsmi məlumatları, eləcə də profilaktik tədbir, simptom, diaqnostikalar haqqındada məlumatları və təcili yardım ilə əlaqəni əldə edə bilərlər.

Hesab.az-da həmçinin onlayn şəkildə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edilə bilər. Burada bir ödəniş limiti 10.000 AZN təşkil edir və istənilən bank kartı ilə həm yerli banklara məxsus kartlarla, həm də xarici kartla gündə 5 dəfə ödəniş etmək mümkündür.

Dünyanın və ölkəmizin Koronavirusla mübarizədə olduğu bu çətin günlərdə Hesab.az hər zaman yanınızdadır!

Özünüzün və sevdiklərinizin sağlamlığını koronavirusdan qorumaq məqsədilə evdə olun. Kommunal, mobil, internet və digər ödənişlərinizi evdən Hesab.az-da edin. Yaşlı tanışlarınızın ödənişlərini onlayn etməklə onlara dəstək olun.

Biz Birlikdə Güclüyük!

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti