...

Fermerlərə texnika və damazlıq heyvan alınmasında güzəştlər davam etdirilir

İqtisadiyyat Materials 28 Aprel 2020 12:34 (UTC +04:00)
Fermerlərə texnika və damazlıq heyvan alınmasında güzəştlər davam etdirilir

Bakı. Samir Əli - Trend:

Kənd təsərrüfatının inkişafı üçün fermer və sahibkarlara güzəştlər davam etdirilir.

Bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.

Onun sözlərinə görə, dövlət bu məqsədlə kənd təsərrüfatı texnikalarının və damazlıq heyvanların alınmasına subsidiyalar verir:

"Kənd təsərrüfatı texnikasının lizinqi zamanı dövlət texnikanın ilkin dəyərinin 40 faizini subsidiya şəklində ödəyir. Hər hansısa bir kənd təsərrüfatı texnikasını alarkən fermer 20 faiz ilkin ödəniş edir, qalan 40 faiz isə fermerə müvəkkil bank tərəfindən kredit şəklində verilir. Müvəkkil banklar tərəfindən tətbiq olunan və maksimum 7% olan kredit faizi dövlət tərəfindən subsidiyalaşdırılır".

Nazirlik rəsmisi deyib ki, damazlıq heyvanlarda isə dövlətin tətbiq etdiyi subsidiya 10% artırılaraq 50%-dən 60%-ə qaldırılıb:

"Vətəndaş qalan məbləğin 25 faizini ilkin ödəniş edir, 15 faizini isə banklar kredit şəklində rəsmiləşdirir".

V.Hüseynov bildirib ki, aparılan islahatlar nəticəsində kənd təsərrüfatı texnikası və damazlıq heyvan bazası artacaq və daim yenilənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti