...

Ziyad Səmədzadə: Koronavirusla Mübarizəyə Dəstək Fondunun toplanan vəsait üzərində ciddi nəzarət olacaq

İqtisadiyyat Materials 5 May 2020 17:30 (UTC +04:00)
Ziyad Səmədzadə: Koronavirusla Mübarizəyə Dəstək Fondunun toplanan vəsait üzərində ciddi nəzarət olacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizədə uğur əldə etmək sistemli tədbirlər tələb edir. Azərbaycanda görülən qabaqlayıcı tədbirlər, ölkəmizin iqtisadi gücü, səhiyyənin inkişafı koronavirusla mübarizədə müsbət nəticə əldə olunmasının səbəbləridir.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvü, Milli Məclisin deputatı Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması da pandemiya ilə mübarizə məqsədi daşıyır: "Fond kifayət qədər şəffaf fonddur. Fonda toplanan vəsait üzərində ciddi nəzarət olacaq. Hazırda dövlətin bir məqsədi var: az itkilərlə mübarizədən qalib ayrılmaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti