Vüqar Rəhimzadə: Şəffaflıq biznes mühitinin yaxşılaşdırılmasında mühüm amildir

Vüqar Rəhimzadə: Şəffaflıq biznes mühitinin yaxşılaşdırılmasında mühüm amildir

Bakı. Trend:

Hazırda dünya ölkələri COVID-19-un yaratdığı dərin böhranla üz-üzədir. Ümumdünya Səhiyyə Təşkilatı və dünya ölkələri yaxın aylarda pandemiyanın ikinci dalğası ehtimalını təsdiqləyirlər. Bir müddət əvvəl sərt karantin rejimlərini ləgv edən ölkələr hazırda xəstəliyin geniş yayılması səbəbindən yenidən məhdudiyyətlər tətbiq etməyə başlayıblar. Azərbaycanda isə tətbiq olunmuş məhdudiyyətlər nəticəsində müsbət dinamika əldə olunub, xəstələnənlərin sayı gün ərzində xeyli aşağı düşüb, sağalanların sayı xəstələnənlərin sayından 3 dəfə çoxdur. Dövlətimizin başçısı İlham Əliyev avqustun 6-da koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə bildirmişdir ki, bu müsbət dinamika koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağımızı söyləməyə əsas verir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə bildirib. V.Rəhimzadə qeyd edib ki, insanların sağlamlığının təminatı ilə yanaşı, sosial və iqtisadi çətinliklərin aradan qaldırılması üçün yeni modelin tətbiqinə böyük ehtiyac yaranıb: "Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlandığı gündən nümayiş etdirdiyi yeni iqtisadi və sosial inkişaf modeli beynəlxalq səviyyədə də dəstək qazandı. Belə ki, hətta ən çox inkişaf etmiş ölkələr yaranmış çətinliklər qarşısında aciz qaldığı bir zamanda Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə oldu. İlk növbədə, yaranmış vəziyyətdən əziyyət çəkən vətəndaşların problemləri həll edilir. Bu məqsədlə böyük məbləğdə vəsait ayrılaraq pandemiyaya görə öz işini müvəqqəti olaraq itirən 600 min şəxsə, iyun ayında isə 290 min nəfərə yaxın vətəndaşa aylıq 190 manat birdəfəlik ödəmə olunub. Bu kimi biri-birindən əhəmiyyətli addımlar bir tərəfdən möhtərəm Prezidentimizin vətəndaşına diqqət və qayğısının, digər tərəfdən isə ölkəmizin iqtisadi gücünün göstəricisidir. Bir sözlə, mövcud reallıqlar Azərbaycanın zamanın istənilən çağırışına cavab vermək iqtidarında olduğunu nümayiş etdirir".

"Dövlətimizin başçısı İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir, vətəndaş məmnunluğu günbəgün artır" söyləyən baş redaktor bildirib ki, bu tədbirlər sırasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur: "Qeyd olunan videoformat şəklində konfransda da dövlətimizin başçısı İlham Əliyev bu istiqamətdə atılan addımları statistik rəqəmlər əsasında diqqətə çatdırdı. Belə ki, cənab Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb və onlar uğurla icra edilməkdədir. "O ki qaldı iqtisadi və sosial məsələlərə, bu məsələlər də öz həllini tapır» söyləyən möhtərəm Prezidentimiz vurğulamışdır ki, son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər görülüb. Təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə olunub".

Rəhimzadə Azərbaycanda iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlandığını önə çəkərək bildirmişdir ki, 2019-cu ildə ölkəmizdə həyata keçirilən iki sosial paket 4,2 milyon insanı əhatə etdi: «Müxtəlif kateqoriyadan olan insanların əməkhaqları artırıldı. Həmçinin minimum əməkhaqqının, minimum pensiyaların məbləği dəfələrlə artırıldı. Özünü dünyaya sosial dövlət kimi təqdim edən Azərbaycan hər bir yeniliyin, təkmilləşmənin tətbiqini qarşıya mühüm vəzifə kimi qoyur. Pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda heç bir sosial layihənin təxirə salınmaması da deyilənlərin təsdiqidir. Dövlətimizin başçısı bildirmişdir: "Əgər biz nəzərə alsaq ki, ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Baxmayaraq ki, həm pandemiya, həm də neftin qiymətinin aşağı səviyyədə olması bizim gəlirlərimizə çox mənfi təsir göstərib, ancaq nəzərdə tutulmuş bir dənə də olsun sosial layihə yarımçıq qalmayıb, yaxud da ixtisar edilməyib. Sosial siyasətin əsas tərkib hissəsi olaraq qaçqın və məcburi köçkünlərə dövlət qayğısı davamlılığı ilə diqqət çəkir. Belə ki, bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox məcburi köçkün ailəsinin faydalanacağı bildirilir. Eyni zamanda, cari ildə 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcək. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Ümumilikdə 9 minə yaxın ailənin bu il dövlət tərəfindən mənzillərlə təmin ediləcəyi nəzərdə tutulub. Atılan bu kimi addımlar bir daha dövlətimizin həyata keçirdiyi siyasətin təməlində insan amilinin dayandığını təsdiqləyir. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, ölkəmiz bütün bu reallıqları heç kimdən maliyyə dəstəyi almadan özü yaradır".

Vüqar Rəhimzadə pandemiyanın nəticələrinin müqayisəli təhlil aparmağı bir zərurətə çevirdiyini vurğulayaraq qeyd edib ki, bu baxımdan dünya dövlətlərinə diqqət yetirsək, görərik ki, onların mütləq əksəriyyəti maliyyə yardımı üçün beynəlxalq təşkilatlara müraciət edib. Amma Azərbaycanın 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərməsi beynəlxalq birlik tərəfindən də yüksək dəyərləndirildi. Prezident İlham Əliyevin bildirdiyi kimi, əlbəttə, məhz çətin günlərdə ölkələr bir-birinə dəstək verməlidirlər. Yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə, yaxşı bəyanatlar verə bilər.

"Azərbaycan təkmil siyasəti ilə istənilən böhrana tam hazır olduğunu göstərir" söyləyən V.Rəhimzadə diqqəti büdcəyə düzəlişlərə yönəldərək bildirib ki, bu, bir daha dövlətin çətin dövrdə hər bir Azərbaycan vətəndaşına dəstək vermək istəyini nümayiş etdirir: "2020-ci ilin dövlət büdcəsinin təsdiqlənməsi ərəfəsində ölkə pandemiyanı yaşamırdı. Məhz yaranan çətinliklər, azalan gəlirlər və artan xərclər büdcəyə yenidən baxılmasını bir zərurətə çevird".

V.Rəhimzadə bildirib ki, dövrün, zamanın tələblərinə uyğun təkmilləşmə, müəyyənləşdirilən hədəflər istənilən çətinliyi aradan qaldırmağa əsas yaradır: "Məhz mövcud təmələ əsaslanaraq bu inam da ifadə edilir ki, Azərbaycan bütün sosial öhdəliklərini yerinə yetirəcək, zəruri infrastruktur layihələrini icra edəcək, hərbi potensialının möhkəmləndirilməsi üçün əlavə vəsaitin ayrılmasına da nail olacaq. Möhtərəm Prezidentimizin keçirdiyi son müşavirədə də qeyd olunduğu kimi, şəffaflıq, dürüstlük, kölgə iqtisadiyyatının əhatə dairəsinin daralması biznes mühitinin yaxşılaşdırılmasına geniş imkanlar açacaq ki, bu da öz növbəsində həm pandemiya, həm də postpandemiya dövründə ölkəmizin davamlı inkişafını təmin edəcək. Bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafı bütün dövrlərdə öz aktuallığını qoruyur. Dövlətimizin başçısı İlham Əliyevin videoformat şəklində keçirilən müşavirədə bir sıra şirkətlərin qarşısına qoyduğu tapşırıqlar da müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olmağa xidmət edir".

İngiltərə Premyer Liqası: "Liverpul" "Arsenal" üzərində qəbələ qazandı
İngiltərə Premyer Liqası: "Liverpul" "Arsenal" üzərində qəbələ qazandı
Hər bir gəncimiz ön cəbhədə döyüşməyə hazırdır - Nazirlik
Hər bir gəncimiz ön cəbhədə döyüşməyə hazırdır - Nazirlik
"Çelsi"nin futbolçusu Kante "İnter"ə keçməyə razılıq verib
"Çelsi"nin futbolçusu Kante "İnter"ə keçməyə razılıq verib
Loading Bars
Xəbər lenti
Ekmeleddin İhsanoğlu: Ermənistanın Azərbaycana qarşı təcavüzü beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir
Səfirlik: BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı görüşü məlumat xarakteri daşıyır
Təhsil Nazirliyi: Ermənistanın təxribatları cəbhə bölgəsində tədris prosesinə də öz təsirini göstərib
Karantin rejiminin müddətinin uzadılması ilə bağlı əcnəbilərə müraciət edildi
Düşmənin “Uraqan” yaylım atəş sistemi məhv edilib
Vaqif Dərgahlı: Ermənistan ordusunun polkovniki məhv edilib
Ermənistan ordusunun alayı darmadağın edilib - MN
Qırğızıstanın sabiq baş naziri: Heç kimin BMT TŞ-nin Qarabağ münaqişəsi ilə bağlı qətnamələrə etinasız yanaşmaq hüququ yoxdur
Pərvin Kərimzadə: Azərbaycan Ordusunun uğurlu əməliyyatları qələbə müjdəsindən xəbər verir
Deputat: Sentyabrın 27-i hərbi-siyasi tariximizin yenidən yazıldığı günün başlanğıcıdır
Bu gün Azərbaycan xalqının döyüşmək, qələbə çalmaq ruhu çox yüksəkdir - Ekspert
Tovuzda yeni avtomobil tunelinin inşasına başlanılıb (FOTO)
Rezidenturaya qəbul olanların qeydiyyatına oktyabrın 1-dən başlanılacaq
Düşmənin 2 tankı eyni anda məhv edildi (VİDEO)
Ermənilər Şuşadakı Yuxarı Gövhər ağa məscidinin interyerini dəyişdirərək tariximizi saxtalaşdırmağa çalışırlar
Türkiyənin Səhiyyə naziri: Azərbaycana hər bir tibbi ehtiyacda yardım etməyə hazırıq
İşğal edilmiş ərazilərimizdəki mədəniyyət obyektlərinin sayı açıqlanıb
Prezident İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO)
İsraildə koronavirusa yoluxanların sayı 233 min nəfəri ötüb
Diqqət! Düşmən tərəfindən yayılan saxta xəbərlərə İNANMAYIN! (FOTO)
Ali məktəblərin vakant yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçimi sabah yekunlaşacaq
Ermənistan bu gün illərlə törətdiyi cinayətlərin cavabını alır - Deputat
Hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil - MN
Sentyabrın 29-da xarici valyutaların manata qarşı məzənnələri
Ermənistanın Azərbaycana qarşı təxribatı ABŞ mediasında işıqlandırılıb
Vaqif Dərgahlı: Azad etdiyimiz ərazilərin bir qarışı belə itirilməyib
Gələn il Azərbaycan ərəb ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracını artırmağı planlaşdırır
Ceyhun Bayramovun Vendi Morton ilə telefon danışığı olub
Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir
Baş Prokurorluq: Cəbrayıl sakininin xəsarət alması ilə bağlı cinayət işi başlanıb
Müdafiə Nazirliyi: Ermənistan ərazisindən Daşkəsən rayonu ərazisi atəşə tutulur
Gecə ərzində gərgin döyüşlər davam edib: Düşmənin 1 tankı və 10 nəfərədək şəxsi heyəti məhv edilib (VİDEO)
Tayvanın cənubunda 5 bal gücündə zəlzələ olub
Böyük Britaniyada koronavirusa daha 4 044 nəfər yoluxub
Türkiyədə təhlükəli terrorçu məhv edilib
Rusiya Dövlət Duması Dağlıq Qarabağa dair bəyanat layihəsinə baxacaq
Dünyada koronavirusdan ölənlərin sayı 1 milyon nəfəri ötüb
İngiltərə Premyer Liqası: "Liverpul" "Arsenal" üzərində qəbələ qazandı
Türkiyənin Səhiyyə naziri: Qardaş Azərbaycan xalqının yanındayıq
Kanada və Britaniya XİN rəhbərləri Dağlıq Qarabağda dərhal atəşkəsə çağırdılar
Pens yaxın günlərdə ABŞ-da koronavirusa yoluxanların sayının artcağını hesab edir
Moskvada iyulun 15-dən ilk dəfə koronavirusdan bir gündə 20-dən artıq ölüm qeydə alınıb
Mingəçevirdə əl qumbarası aşkarlanıb (FOTO)
Ermənistan daha 84 hərbçisinin həlak olduğunu elan edib
TÜRKPA Baş katibi Azərbaycanın yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasını qınayır
MN: Azərbaycana məxsus hərbi təyyarənin vurulması yalandır
Ərdoğan və Conson Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər
Türkiyədə koronavirusdan sağalanların sayı 277 min nəfəri ötüb
Milli Məclisin sədri Ravza Kavakçı ilə Dağlıq Qarabağdakı son vəziyyəti müzakirə edib
Ərdoğan Azərbaycana dəstək verən Türkiyənin parlamentdəki siyasi partiyalarına təşəkkür edib
Ermənistan kişilərin ölkədən çıxmasını məhdudlaşdırdı
İranın dini liderinin nümayəndəsi: İran Dağlıq Qarabağın tam azad olunmasını arzulayır
Ombudsmanın Ermənistan silahlı qüvvələrinin mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrini mütəmadi atəşə tutması ilə bağlı növbəti etiraz bəyanatı
Sahibə Qafarovanın ATƏT PA Prezidenti ilə telefon danışığı olub
Azərbaycan Prezidenti İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreş arasında videokonfrans formatında görüş olub (YENİLƏNİB)
Sahibə Qafarova ilə Pakistan Senatının sədri arasında telefon danışığı olub
Leyla Abdullayeva: Kipr XİN-nin bəyanatı birtərəfli xarakter daşıyır və qərəzlidir
Düşmən işğalından azad olunan Talış yüksəkliklərindən ilk görüntülər (VİDEO)
Ermənistan itkilər verməkdə davam edir: Bir general və iki polkovnik
BMT TŞ Dağlıq Qarabağ üzrə təcili qapalı iclas keçirəcək
Türkiyənin Baş Ombudsmanı Azərbaycan Ombudsmanına zəng edib
Bolqarıstanın sabiq prezidenti: Ermənistanın Azərbaycana hücumu təxribatdır
Prezidentə yazırlar: Cənab Ali Baş Komandan, Sizin ətrafınızda sıx birləşib ərazi bütövlüyümüz uğrunda canımızdan keçməyə hər an hazırıq
Milli Məclis Sədrinin müavini: Zəfər bizimdir!
DİN: Hərbçilərimizlə bacara bilməyən düşmən yaşayış məntəqələrimizi və mülki obyektləri hədəf seçir (FOTO)
Baş Prokurorluq: Tərtərdə iki qardaş həlak olub, 2 nəfər isə yaralanıb
Hikmət Hacıyev: Azərbaycan və Türkiyə bütün məsələlərdə həmrəylik nümayiş etdirir və daim bir-birini tərəddüdsüz dəstəkləyir
Ombudsman Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalmış ərazidə faktaraşdırıcı missiya həyata keçirir (FOTO)
Ceyhun Bayramov Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb (FOTO)
İƏT Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribat və hücumlarını kəskin şəkildə qınayır
Rauf Əliyev: Azərbaycan haqq yolundadır
Mustafa Şentop: Türkiyə var qüvvəsi ilə Azərbaycanın yanındadır
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və üzvləri Ermənistanın hərbi təxribatlarını pisləyən bəyanat yayıblar
Vaqif Dərgahlı: Düşmən Goranboy rayonu ərazisini atəşə tutub
Türkiyə parlamentində təmsil olunan partiyalar Azərbaycana dəstək bəyanatı veriblər
Qafqaz Müsəlmanları İdarəsinin sədri Azərbaycan xalqına müraciət edib
Ceyhun Bayramov Ukrayna Xarici İşlər naziri ilə telefonla danışıb
Abdurrahman Uzun: Ermənistanın silahlı ünsürləri tərəfindən həyata keçirilən hücumu qətiyyətlə pisləyirik
Aİ regiondakı iştirakçıları Dağlıq Qarabağ münaqişəsinə xarici müdaxilənin qarşısını almağa çağırır
DANX: İctimai nəqliyyatın hərəkəti adi rejimdə davam etdiriləcək
Səfirlik: Azərbaycan sonsuzadək nəticəsiz danışıqlar apara bilməz
Peskov: Dağlıq Qarabağda yaranmış vəziyyətlə bağlı bütün tərəflər maksimum təmkinli olmalıdır
Elxan Ələsgərov RBK telekanalında Ermənistanın Azərbaycana təcavüzü barədə danışıb (VİDEO)
Diqqət! Düşmən tərəfindən yayılan saxta xəbərlərə İNANMAYIN! (FOTO)
Deputat: İnanırıq bu müharibə qüdrətli Azərbaycan ordusunun qələbəsi ilə başa çatacaq
Vüqar Rəhimzadə: Azərbaycan Ordusunun bugünkü döyüş əzmi və Ali Baş Komandanın qətiyyəti xalqa, millətə, Vətənə sevginin təzahürüdür
Komendant saatında KİV nümayəndələrinin hərəkətinə icazə veriləcək
Xidməti vəsiqə ilə hərəkətinə icazə verilən qurumlar - SİYAHI
Komendant saatı zamanı fəaliyyətinə icazə verilən qurumların adları açıqlandı
Cəbhədəki yaşayış məntəqələrinin qaz təchizatı və elektrik enerjisi təchizatı nəzarətdədir
BNA: Avtobuslar adi rejimdə işləyəcək
Daxili İşlər Nazirliyi komendant saatı ilə bağlı məlumat yaydı
Azərbaycanda elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlər necə tənzimlənəcək? - QƏRAR
Bir həkim olaraq, belə bir çətin gündə Vətənə xidmət etməkdən qürur duyaram - Birlik sədri
FHN: Erməni təxribatı nəticəsində Ağdam və Tərtərdə mülki obyektlərdəki yanğınlar söndürülüb
Sentyabrın 29-da manatın dollara qarşı məzənnəsi
Noyabrın 2-dək həftə sonları ictimai nəqliyyat işləməyəcək
Azərbaycanda xüsusi karantin rejimi noyabrın 2-dək uzadıldı
Niderland mediasında Ermənistanın Azərbaycana genişmiqyaslı hücumundan yazılıb
Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib (VİDEO)
Bütün xəbərlər