Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda banklarla bağlı geniş qanunlar paketi hazırlanır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili deyib.
T.Mirkişili bildirib ki, pandemiya ilə əlaqədar bu məsələ ləngiyir: “Paket bizə daxil olan kimi onun geniş müzakirələrini təşkil edəcəyik”.