...

ADRA-da Açıq Hökumət Platforması ilə görüş (FOTO)

İqtisadiyyat Materials 12 Noyabr 2020 12:43 (UTC +04:00)
ADRA-da Açıq Hökumət Platforması ilə görüş (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Reklam Agentliyində (ADRA) Açıq Hökumətin Təşviqinə (AHT) dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyevlə görüş keçirilib. Görüşdə ADRA-nın qeyd edilən Platformaya üzvlüyü, ADRA nəzdində ictimai birliklərin nümayəndələrindən ibarət İctimai Şuranın yaradılması və ADRA əməkdaşları üçün korrupsiya ilə mübarizə və etik davranış qaydalarına dair təlimlərin keçirilməsi məsələləri müzakirə edilmişdir.

Platformanın koordinatoru Əliməmməd Nuriyev ADRA nümayəndələrinə Platformanın formatı və həyata keçirdiyi fəaliyyətləri, eyni zamanda cari ilin fevral ayında təsdiq edilmiş AHT Milli Fəaliyyət Planı haqqında ətraflı məlumat vermişdir.

Qeyd edilən fəaliyyətlərin ölkədə ictimai nəzarətin gücləndirilməsi prosesinə tövhə verməsini nəzərə alaraq, ADRA ilə Platforma arasında sıx əməkdaşlıq edilməsinə dair razılıq əldə olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti