...

“Bərdə” gəmi-bərəsi təmirdən sonra istifadəyə verilib

İqtisadiyyat Materials 30 Noyabr 2020 17:04 (UTC +04:00)
“Bərdə” gəmi-bərəsi təmirdən sonra istifadəyə verilib

Bakı. Sədrəddin Ağcayev - Trend:

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Nəqliyyat Donanmasına məxsus “Bərdə” gəmi-bərəsinin təmiri başa çatıb.

Trend bu barədə ASCO-ya istinadən məlumat verir.

Təmir işləri zamanı gəmidə gövdə-qaynaq, boru-quraşdırma, elektrik işləri yerinə yetirilib, buxar qazanı, sukeçirməyən qapılar təmir olunub. Bundan başqa, göyərtə kranlarının mexaniki və elektrik hissələri, lokomativ-avtovazlar sazlanıb.

Bərənin suüstü hissəsi və vaqon göyərtəsi təmizlənərək iki qat rənglənib. Həmçinin, divan və stullar təmir olunaraq üzlənib.

Sınaq üzüşündən uğurla çıxan gəmi-bərə artıq istismara da qaytarılıb.

Gəminin uzunluğu 154,5 metr, eni 17 metr, maksimal sürəti 13,9 uzeldir. Bərə göyərtəsinə 54 vaqon götürmək qabiliyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti