...

Azərbaycan GUAM Nizamnaməsinə uyğun olaraq sədrliyi Gürcüstana təhvil verir

İqtisadiyyat Materials 28 Dekabr 2020 17:52 (UTC +04:00)
Azərbaycan GUAM Nizamnaməsinə uyğun olaraq sədrliyi Gürcüstana təhvil verir

Bakı. Asif Mehman - Trend:

Azərbaycanın GUAM-da sədrliyi başa çatır. Ötən il bir çox mənada çətin il olmuşdur. İndi isə əməkdaşlığımızı qiymətləndirmək və gələcəyə baxmaq vaxtıdır.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.

Nazir bildirib ki, GUAM demokratiyanın təşviqi, regional təhlükəsizliyin gücləndirilməsi və davamlı inkişafın genişləndirilməsi üçün vacib regional platformadır. Bizim təşkilatımızın beynəlxalq əlaqələr sistemində rolu əhəmiyyətli dərəcədə artmaqda davam edir. Biz inanırıq ki, daha çox effektivlik və sinerji imkanları üçün potensial mövcuddur:

"Bu gün Azərbaycan GUAM Nizamnaməsinə uyğun olaraq sədrliyi Gürcüstana təhvil verir. Bununla əlaqədar olaraq, yeni Sədrə GUAM çərçivəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səmərəli iş arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti