...

Azərbaycanda qızıl və gümüşün satışı vergidən azad olunur

İqtisadiyyat Materials 26 Yanvar 2021 14:26 (UTC +04:00)
Azərbaycanda qızıl və gümüşün satışı vergidən azad olunur

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı vergidən azad olunacaq.

Trend-in məlumatına görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif edilir.

Bundan başqa, Azərbaycana idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz 3 il vergidən azad olunacaq.

Vergidən azadetmə 2021-ci il yanvarın 1-dən 3 il müddətinədək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti