...

Bakıda bu məhsulların istehsalı artıb

İqtisadiyyat Materials 4 Fevral 2021 19:54 (UTC +04:00)
Bakıda bu məhsulların istehsalı artıb

Bakı. Elçin Mehdiyev – Trend:

2020-ci ildə Bakıda qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 1 milyard 248,0 milyon manat dəyərində məhsul istehsal edilib.

Trend-in məlumatına görə, əvvəlki ilin yanvar-dekabr ayları ilə müqayisədə qida məhsullarının istehsalında 7,2 faiz artım, içki istehsalında 6,4 faiz, tütün məmulatlarının istehsalında isə 75,6 faiz azalma müşahidə olunub.

Əvvəlki ilin yanvar-dekabr ayları ilə müqayisədə bu sahələrin əsas məhsullarından kolbasa məmulatları istehsalı 67,6 faiz, alkoqolsuz içkilərin istehsalı isə 3,2 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti