...

Azad olunmuş ərazilərdə bal istehsalını işə salmaq üçün nələr lazımdır? - Sədr açıqladı

İqtisadiyyat Materials 9 Mart 2021 16:10 (UTC +04:00)
Azad olunmuş ərazilərdə bal istehsalını işə salmaq üçün nələr lazımdır? - Sədr açıqladı

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azad olunmuş ərazilərdə bal istehsalı üçün potensial yüksək səviyyədədir, ancaq bal əldə olunduqdan sonra onu ixraca hazırlamaq üçün müəyyən sexlər tikilməlidir.

Bunu Trend-ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib. Onun sözlərinə görə, ərazidə təhlükəsizlik tam təmin olunduqdan sonra fermerlər rahat şəkildə orada arıçılıq fəaliyyətinə başlaya bilərlər:

“Azad olunmuş ərazilərimizin təbiəti çox zəngindir. Orada arıçılq fəaliyyəti bərpa olunarsa, ölkədə bal istehsalı 50-60 faiz arta bilər. Ancaq bunun üçün öncə müəyyən işlər də görmək lazımdır. Bəli, təbiət hazırdır, qalır oraya arıların yerləşdirilməsi... Ola bilər ki, gələcəkdə müəyyən bal potensialının artırılması üçün əraziyə ağaclar da əkilsin. Ancaq əsas məsələrdən biri odur ki, əlçatanlıq üçün müəyyən müəssisələr istifadəyə verilməldir.

Orada arı şanları və pətəkləri istehsal edilən sexlər açılmalıdır. Bununla bağlı artıq İqtisadiyyat Nazirliyi ilə də söhbətlərimiz olub. Balın emalı, qablaşdırılması, arıçılıqda istifadə olunacaq ləvazimatların hazırlanması üçün də sexlər olmalıdır. Bunlar hamısı bir ərazidə olmalıdır ki, əldə olunan bal dərhal hazırlanıb ixaraca göndərilsin”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti