...

Mərdəkan, Buzovna və Maştağa qəsəbələri də Balaxanı kimi abadlaşacaq

İqtisadiyyat Materials 16 Aprel 2021 16:37 (UTC +04:00)
Mərdəkan, Buzovna və Maştağa qəsəbələri də Balaxanı kimi abadlaşacaq

Bakı. Ceyhun Ələkbərov - Trend:

Artıq bir müddətdir ki, Bakıətrafı kəndlərdə yenidənqurma və bərpa işlərinə start verilib.

Trend-in məlumatına görə, sözügedən işlərə ilkin olaraq Balaxanı qəsəbəsində başlanıldı. Yeni görünüşü ilə hər kəsin maraq dairəsinə düşən Balaxanıdan sonra bu işlərin digər ərazilərdə də görülməsi nəzərdə tutulur. Artıq Bibiheybət, Suraxanı və Əmircan qəsəbələrində də yenidənqurma işləri başlanılıb və yekunlaşmaq üzərdir.

Bu gün isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirşağı qəsəbəsində yenidənqurma və təmir-bərpa işlərinin təməlqoyma tədbirində iştirak ediblər.

Sözügedən qəsəbə də digərləri kimi yenilənərək paytaxt sakinlərinin və qonaqların gəzib, görəcəyi yerlərdən birinə çeviriləcək.

Təməlqoyma mərasimində qeyd olunub ki, bu il Mərdəkan, Buzovna və Maştağa qəsəbələrinin də bu prosesə qoşulacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti