...

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat Materials 21 Aprel 2021 11:24 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb

Bakı. Zeyni Cəfərov - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 20-də 65,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,31 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,31 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,38 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 65,07 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,19 dollar/barel azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti