...

Azərbaycanda kənd təsərrfüatı məhsullarının istehsalı artıb

İqtisadiyyat Materials 1 May 2021 13:10 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda kənd təsərrfüatı məhsullarının istehsalı artıb.

Trend-in məlumatına görə, 2021-ci ilin yanvar-mart ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 994,8 milyon manat təşkil etmişdir ki, onun da 946,1 milyon manatı heyvandarlıq, 48,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,2 faiz, bitkiçilik məhsulları üzrə 2,5 faiz artıb.

Xəbər lenti

Xəbər lenti