...

Azərbaycanda qida məhsullarının istehsalı artıb

İqtisadiyyat Materials 22 May 2021 17:56 (UTC +04:00)
Azərbaycanda qida məhsullarının istehsalı artıb

Bakı. Elçin Mehdiyev – Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda emal sənayesində 4 milyard 542,3 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Trend-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 98,7 faiz, qida məhsullarının istehsalında isə 6,9 faiz artım, içki istehsalında isə 9,9 faiz azalma müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından qənd və şəkər tozunun istehsalı 2,3 dəfə, duru bitki yağlarının istehsalı 17,4 faiz, kərə yağı istehsalı 6,0 faiz, kolbasa məmulatlarının istehsalı 4,3 faiz artıb, marqarin istehsalı isə 16,2 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti