...

Ölkə üzrə pensiyalar bu tarixdə tam ödəniləcək

İqtisadiyyat Materials 14 Sentyabr 2021 09:30 (UTC +04:00)
Ölkə üzrə pensiyalar bu tarixdə tam ödəniləcək

Bakı. Çingiz Səfərli - Trend:

Respublika üzrə pensiyaların sentyabr ayının 15-ində tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Dövlət Sosial Müdafiə Fondundan Trend-ə verilən məlumata görə, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.

Qeyd edək ki, 2021-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 214,1 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1257,4 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir.

Bu ilin 8 ayında pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə 4 mlrd. manata yaxın vəsait ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti