...

Bərdə - Ağdam yeni avtomobil yolunun 60 faizi tikilib

İqtisadiyyat Materials 7 Dekabr 2021 17:42 (UTC +04:00)
Bərdə - Ağdam yeni avtomobil yolunun 60 faizi tikilib

Bakı. Samir Əli - Trend:

Bərdə rayonundan Ağdam rayonuna yeni avtomobil yolunun tikintisi davam etdirilir.

Trend-in məlumatına görə, bunu REAL TV-yə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Hidayət Rüstəmov deyib.

Onun sözlərinə görə, yol 4 zolaqlı, birinci texniki dərəcəli olacaq.

"Ayrı-ayrılıqda iki gediş, iki gəlişli olan yolun uzunluğu 44,5 kilometrdir. Yolun 50-60 faizi artıq tikilib", - deyə sədr müavini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti