...

Yeni nəsil kassa aparatları ilə dövriyyə bir ildə 85 faiz artıb

İqtisadiyyat Materials 10 Dekabr 2021 11:05 (UTC +04:00)
Yeni nəsil kassa aparatları ilə dövriyyə bir ildə 85 faiz artıb

Bakı. Çingiz Səfərli - Trend:

İndiyədək ölkə ərazisində 50.653 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.

Trend Dövlət Vergi Xidmətinin məlumatına istinadən xəbər verir ki, yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

"2021-ci ilin yanvar-noyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə təxminən 14 milyard manata yaxın olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 85,8 faiz çoxdur", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti