...

Binaların zirzəmilərindəki obyektlərə məhdudiyyət qoyulması əmlak bazarına ciddi təsir edəcək - Ekspert

İqtisadiyyat Materials 15 Dekabr 2021 12:31 (UTC +04:00)
Binaların zirzəmilərindəki obyektlərə məhdudiyyət qoyulması əmlak bazarına ciddi təsir edəcək - Ekspert

Bakı. Fərid Zöhrabov -Trend:

Yaşayış binalarının zirzəmilərində obyektlərin fəaliyyətinə qoyulan bir sıra məhdudiyyətlərin əmlak bazarına ciddi təsiri olacaq.

Bunu Trend-ə açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, yaşayış binalarının zirzəmisindəki obyektlərin 23:00-dan sonra işləməsinə icazə verilməyəcəyi təqdirdə həmin yerin icarədarı və icarəçisi ziyan çəkə bilər. Belə ki, yeni tikilən binaların altında əsasən market, kafe və digər iaşə obyektləri yerləşir. İlk növbədə bu yerlərdə icarə qiyməti aşağı düşəcək. Zirzəmilərdə obyektlərin fəailiyyəti məhdudlaşdırılırsa, bu obyektlərin yerləşməsi üçün ayrı tikili yer lazımdır. Ayrı tikili yerlər isə məhduddur.

"Bakıda istismar müddəti bitən yüzlərlə köhnə tikili var. Pilot layihələrə əsasən bu binalar sökülüb yeni binalarla əvəzlənir.Bu binalarda söküntü-tikinti işlərini əsasən özəl şirkətlər aparır. Onarın əsas gəliri isə zirzəmi və birinci mərtəbələrdə qeyri-yaşayış obyektlərini satmaqla formalaşır. Bu obyektlərin fəaliyyətinə icazə verilməsə, pilot layihələr üzrə tikintini aparan şirkət artıq həmin obyektləri sata bilməyəcək deyə, onlarda bu layihələrə maraq olmayacaq.

Bu qanunda faydalı tərəflər də çoxdur, məsələn, radioantenlərin binalardan götürülməsi. Həmçinin avtomobil təkərlərinin satışı təhlükə mənbəyidir. Əgər yanğın baş verərsə, bütün bina yana bilər", - deyə ekspert bildirib.

Qeyd edək ki, yeni qaydalar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb.

Yeni normalara əsasən, yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində insanlara zərərli təsir göstərən aşağıdakı obyektlərin yerləşdirilməsinə yol verilmir:

- istismarı zamanı yaşayış ərazisini və ətraf mühiti çirkləndirə bilən kimyəvi və digər məmulatların ixtisaslaşdırılmış satış mağazaları;

- partlayış və yanğın təhlükəli maddə və materiallar satılan mağazalar;

- sintetik xalça məmulatlarının, avtomobil şinlərinın satışı mağazaları;

- ixtisaslaşmış balıq mağazaları;

- müxtəlif təyinatlı anbarlar, o cümlədən topdansatış anbarları;

- saat 23:00-dan sonra iş rejimi olan bütün müəssisələr və mağazalar;

Məqalədə:
Xəbər lenti

Xəbər lenti