...

Azərbaycanda emal sənayesində istehsal edilmiş məhsulların dəyəri açıqlanıb

İqtisadiyyat Materials 3 Yanvar 2022 11:36 (UTC +04:00)
Azərbaycanda emal sənayesində istehsal edilmiş məhsulların dəyəri açıqlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda emal sənayesində 14 milyard 648,4 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 53,4 faiz, qida məhsullarının istehsalında 11,3 faiz, içki istehsalında isə 3,7 faiz artım müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından qənd və şəkər tozunun istehsalı 44,8 faiz, kərə yağının istehsalı 5,1 faiz, kolbasa məmulatlarının istehsalı 4,9 faiz artıb, duru bitki yağlarının istehsalı 0,2 faiz, marqarin istehsalı isə 3,6 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti