...

Hökumət idxalı deyil, istehsalı subsidiyalaşdırmaq xəttini qəbul edir - Nazirlər Kabineti

İqtisadiyyat 21 Yanvar 2022 16:39 (UTC +04:00)
Hökumət idxalı deyil, istehsalı subsidiyalaşdırmaq xəttini qəbul edir - Nazirlər Kabineti

Bakı. Trend:

Yanvarın 18-də Nazirlər Kabinetində keçirilmiş Hökumətin iclasında Baş nazir Əli Əsədovun yekun nitqində səsləndirilmiş, əsas ərzaq məhsulları, xüsusilə də taxıl ilə təminat sahəsində verilmiş tapşırıqların əsasını 6 baza prinsip təşkil edir.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu prinsiplər əsas ərzaq məhsulları ilə təminatın strategiyasının təməl prinsipləridir:

  • Baza prinsip odur ki, ərzaq təhlükəsizliyində, əsas məhsullar üzrə ağırlıq mərkəzi əsasən yerli istehsalın üzərinə keçirilir. Məhsulun maya dəyərini aşağı salmaq, keyfiyyətini yüksəltmək və həcmini artırmaq;
  • Bu baza prinsipdən çıxan ikinci baza prinsip odur ki, hökumət idxalı deyil, istehsalı subsidiyalaşdırmaq xəttini qəbul edir;
  • Üçüncü prinsip əsas ərzaq məhsullarının qiymətinin liberallaşdırılmasıdır. Bu, sahibkar üçün çox mühüm stimuldur;
  • İki qırmızı xətt müəyyənləşdirilib: birincisi, süni qiymət artımına yol verməmək, ikincisi, sahibkarların marjasının təmin olunmasıdır;
  • Haqsız rəqabətə qarşı mübarizə gücləndiriləcək;
  • Subsidiyaların nəticəyə görə verilməsi prinsipi. Bu prinsip subsidiyalaşma sahəsində şəffaflığı artırmaq və daha çox məhsul istehsalını stimullaşdırmaq məqsədi daşıyır.
Məqalədə:
Xəbər lenti

Xəbər lenti