...

XİF Mal Nomenklaturası üzrə ötən il sistemə 44 yeni risk profili əlavə edilib - DGK

İqtisadiyyat 24 Yanvar 2022 01:06 (UTC +04:00)
XİF Mal Nomenklaturası üzrə ötən il sistemə 44 yeni risk profili əlavə edilib - DGK

Bakı. Trend:

XİF (Xarici İqtisadi Fəaliyyət - red.) Mal Nomenklaturası üzrə ötən il ərzində 17 risk profili deaktiv edilərək 44 yeni risk profili sistemə əlavə edilib.

Trend xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev "Twitter"-də rəsmi hesabında yazıb.

"XİF Mal Nomenklaturası üzrə mal kodlarının və malların gömrük dəyərinin düzgün bəyan olunmaması nəzərə alınmaqla hazırlanan profillər təhlil olunub. Nəticədə ötən il ərzində 17 risk profili deaktiv edilərək 44 yeni risk profili sistemə əlavə edilib", - paylaşımda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti