...

Azərbaycanda kompüter istehsalı artıb

İqtisadiyyat Materials 29 Yanvar 2022 15:22 (UTC +04:00)
Azərbaycanda kompüter istehsalı artıb

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda kompüter istehsalı artıb.

Trend-in məlumatına görə, 2021-ci ildə ölkədə kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 236,8 milyon manatlıq məhsul istehsal olunub.

Əvvəlki illə müqayisədə kompüter, elektron v ə optik məhsulların istehsalı 8,3 faiz artıb, elektrik avadanlıqlarının istehsalı isə 11,2 faiz azalıb.

Dövr ərzində əvvəlki il ilə müqayisədə 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 84,3 faiz, mayelərin məsrəfi və ya səviyyəsinin ölçülməsi, yoxlanması üçün cihazların istehsalı 63,1 faiz, qəbuledici qurğuları olmayan radio və
televiziya verilişləri aparatlarının istehsalı isə 22,1 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti