...

Siqaret və alkoqollu içkilərin qiyməti bahalaşa bilər - Ekspert

İqtisadiyyat Materials 15 Mart 2022 14:23 (UTC +04:00)
Siqaret və alkoqollu içkilərin qiyməti bahalaşa bilər - Ekspert
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ərazisinə gətirilən aksizli malların aksiz dərəcələrinin, ölkəyə idxal edilən spirtli içkilərin və tütün məhsullarının vergi rüsumlarının artırılması həmin məhsulların balaşmasına səbəb olacaq.

Bu barədə Trend-ə iqtisadçı-ekspert Xalid Kərimli açıqlamasında deyib.

"Siqaretlərdə min ədəd üçün aksiz vergisi əvvəlki 43 manatdan 46,5 manata qaldırılıb. Bu da bir qutu siqaretdə 35 qəpik artım deməkdir. Bu isə siqaretlərin markasından asılı olaraq 35, 50 qəpik arası bahalaşmasına gətirib çıxaracaq. Elektron siqaret və qəlyanlara tətbiq edilən aksizlər də həmin məhsulların qiymətini bahalaşdıracaq. Bundan başqa spirtli içkilərin də qiymətində artım gözlənilir. Əvvəl 80%-lik spirtin bir litrinə aksiz 5,20 qəpik idisə, hazırda 6 manatdır. Bu da spirtli içkilərin qiymətinin 1 manata qədər artmasına gətirib çıxaracaq", - X.Kərimli deyib.

Onun sözlərinə görə, dövlət tütün məhsulları və alkoqollu içkilərdən istifadəyə məhdudiyyət qoymaq məqsədilə aksiz dərəcəsini artırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti