...

Rusiya-Ukrayna müharibəsi uzanarsa, tikinti materialları kəskin bahalaşa bilər - Ekspert

İqtisadiyyat Materials 29 Mart 2022 20:58 (UTC +04:00)
Rusiya-Ukrayna müharibəsi uzanarsa, tikinti materialları kəskin bahalaşa bilər - Ekspert
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya və Ukrayna arasında baş verən hadisələr Azərbaycanın tikinti sektoruna da öz təsirini göstərir. Buna baxmayaraq, tikinti materialları bazarında kəskin qiymət artımı müşahidə olunmur.

Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

"Lakin bəzi tikinti materiallarının qiymətində artım var. Bu da müəyyən dövr ərzində olacaq. Əsas səbəblər isə Ukrayna bazarlarında yaranan böhran və Rusiyaya qarşı tətbiq edilən sanksiyalardır. Buna görə də həmin ölkələrdən göndərilən materiallarda texniki səbəbdən gecikmələr olur. Yaxın iki həftə ərzində ciddi qiymət artımı gözlənilmir. Rusiya-Ukrayna müharibəsi uzanarsa, tikinti materialları kəskin şəkildə bahalaşa bilər. Hazırda dik, karton məmulatları və dam örtüklərinin qiymətlərində 10% artım müşahidə olunur", - deyə ekspert bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti