...

Türkiyədə ilin sonuna qədər 40 faizdən çox inflyasiya proqnozlaşdırılır - Mərkəzi Bank

İqtisadiyyat Materials 28 Aprel 2022 12:37 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Mərkəzi Bankı 2022-ci ilin sonunda ölkədə inflyasiya proqnozunu 23,2 faizdən 42,8 faizədək yüksəldib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın rəhbəri Şahap Kavcıoğlu bildirib.

Onun sözlərinə görə, hazırda davam edən qlobal əmtəə inflyasiyası ilə əlaqədar Türkiyədə illik inflyasiya gözləntiləri 20 faizə yaxın artıb.

Eyni zamanda, Türkiyə Mərkəzi Bankının rəhbəri bildirib ki, 2023-cü ildə inflyasiyanın 12,9 faizə, 2024-cü ildə isə 8,3 faiz səviyyəsinə azalması proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti