...

Cəbrayılda suvarma işlərinin yaxşılaşıdırılması üçün bir sıra işlər görülüb (FOTO)

İqtisadiyyat Materials 20 May 2022 09:11
Cəbrayılda suvarma işlərinin yaxşılaşıdırılması üçün bir sıra işlər görülüb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Cəbrayıl Suvarma Sistemləri idarəsi xidmət etdiyi ərazilərdə suvarma işlərinin yaxşılaşıdırılması üçün bir sıra işlər görülüb.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov Trend-ə bildirib ki, hidrotexniki qurğular sazlanıb, suvarma və kollektor kanalları lildən təmizlənib. Yaz tarla işləri üçün suvarma qrafiki tərtib edilərək növbəlilik prinsipinə uyğun olaraq işlər yerinə yetirilir.

Cəbrayıl Suvarma Sistemləri idarəsi ümumilikdə 4809 hektar sahəyə xidmət edir. Yem bitkiləri, taxıl, pambıq, tut bağı, çuğundur, həyətyanı və örüş sahələrindən ibarət olan bu ərazilərin su təminatı 5 ədəd nasos stansiya vasitəsilə həyata keçirilir. 1 ədəd nasos stansiya rayonun Cocuq Mərcanlı kəndində 417 hektar, Füzuli rayonun Mirzənağılı və Qazaxlar kəndində isə 280 hektar sahəni su ilə təmin edir. Stansiya Araz çayından idalanır bunun üçün uzunluğu 4.2km olan qol araz açyından çəkilərək stansiyaya birləşdirilib.

Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 11 ədəd qəsəbələrdə isə 4 ədəd nasos stansiya 4112 hektar sahəyə xidmət göstərir. Xidməti sahədə ümumilikdə, 99.40 km suvarma kanalları mövcuddur ki, bunun 16.4 km qapalı şəbəkə, 83.0 km açıq suvarma kanallarıdır. Açıq kanalların 33.2 km beton, 49.8 km torpaq tiplidir. 507 ədəd hidrotexniki qurğu var. Cari il idarə tərəfindən taxıl, pambıq, şəkər çuğunduru, yem bitkiləri sahələrinin və hektar həyətyanı sahələrin suvarılmasını təmin edilir.

İdarədən verilən məlumata görə, suvarma işi üçün fəaliyyət göstərən nasos stansiyalardan ikisi 3 aqreqatlı, ikisii isə 2 aqreqatlıdır, 1 stansiya isə 1 aqreqatla faəliyyət göstərir. Hər il olduğu kimi, bu ildə də nasos stansiya aqreqatlarının işçi hissələri yenisi ilə əvəzlənib, aqreqatlar, hidrotexniki qurğular, maşın və mexanizmlər cari və ya əsaslı təmir olunub, kanal və kollektorlar lildən təmizlənir. İlin 1-ci rübündə suvarma kanalları və kollektor sistemi plana uyğun olaraq lildən təmizlənib, hidrotexniki qurğularda cari təmir işləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti