...

Azərbaycanda kassa aparatları ilə dövriyyə 51,1% artıb

İqtisadiyyat Materials 13 İyun 2022 17:04 (UTC +04:00)
Azərbaycanda kassa aparatları ilə dövriyyə 51,1% artıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, indiyədək ölkə ərazisində 62.747 ədəd yeni nəsil NKA quraşdırılıb.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2022-ci ilin yanvar-may aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 8 milyard 405 milyon 425,3 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 51,1 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti