...

Bakı limanı ilə “Albayrak” şirkətlər qrupunun əməkdaşlığı Türkiyədən Mərkəzi Asiyaya texnika tranzitini artıracaq

İqtisadiyyat Materials 15 İyul 2022 17:25 (UTC +04:00)
Bakı limanı ilə “Albayrak” şirkətlər qrupunun əməkdaşlığı Türkiyədən Mərkəzi Asiyaya texnika tranzitini artıracaq
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə “Albayrak” şirkətlər qrupunun əməkdaşlığı Türkiyədən Mərkəzi Asiyaya Azərbaycan ərazisindən təkərli texnika tranzitini artıracaq.

Trend-in məlumatına görə, bunu Bakı limanının baş direktoru Taleh Ziyadov “Albayrak” şirkətlər qrupu ilə Birgə Fəaliyyət Anlaşmasının imzalanması mərasimində deyib.

Onun sözlərinə görə "Albayrak Holding" müxtəlif ölkələrdə fəaliyyət göstərir.

"Hazırda Türkiyədən Mərkəzi Asiyaya yola salınan təkərli texnikanın 23 faizi Azərbaycanın payına düşür. Yaxın zamanlarda birgə fəaliyət çərçivəsində bu göstəricini 50 faizədək çatdırmaq nəzərdə tutulur", - T.Ziyadov deyib.

O, həmçinin, əlavə edib ki, Zəngəzur dəhlizinin açılması Azərbaycanla Türkiyə arasında yükdaşımaları, eləcə də Azərbaycan ərazisi ilə tranziti artıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti