...

Azərbaycan və Aİ "yaşıl" enerji üzrə dialoqu genişləndirir - Ceyhun Bayramov

İqtisadiyyat Materials 19 İyul 2022 21:33 (UTC +04:00)
Azərbaycan və Aİ "yaşıl" enerji üzrə dialoqu genişləndirir - Ceyhun Bayramov
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Avropa İttifaqı (Aİ) yaşıl enerji üzrə dialoqu genişləndirir.

Trend-in məlumatına görə, bu barədə Xarici işlər nazir Ceyhun Bayramov Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrellə birgə mətbuat konfransında deyib

"Bərpa olunan enerjinin inkişafı Aİ ilə əməkdaşlığımızın prioritet sahələrindən biridir", - deyə C.Bayramov bildirib.

Onun sözlərinə görə, Azərbaycan 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin ümumi elektrik enerjisi istehsalında payını 17 faizdən 30 faizə çatdırmağı planlaşdırır.

C.Bayramov onu da qeyd edib ki, “Cənub Qaz Dəhlizi” vasitəsilə hidrogenin Avropa bazarına çıxarılması potensial olaraq mümkündür.

Xatırladaq ki, iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti