...

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat Materials 2 Avqust 2022 10:35 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 1-də 105,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,81 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 103,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,79 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 65,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 6,86 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 107,07 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 7,07 dollar/barel azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti